Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Serbiyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcək

Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iyunun 5-dən 9-dək Serbiyada ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçiriləcəkdir. 
Bu tədbirlərdə iştirak etmək üçün Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Hüseynbala Mirələmov Belqrada gedəcəklər.
Milli Məclisdən bildirmişlər ki, tədbirlər çərçivəsində "Görkəmli şəxsiyyətlərin həyatı" silsiləsindən deputat Hüseynbala Mirələmovun müəllifi olduğu "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev" kitabının serb dilində, habelə Serbiyanın tanınmış yazıçı-publisisti Milorad Paviçin "Xəzər lüğəti" kitabının Azərbaycan dilində təqdimatı da nəzərdə tutulmuşdur.
Səfər zamanı deputatlarımız görkəmli dövlət xadimi Heydər Əliyevin və yazıçı Milorad Paviçin Belqradın "Taşmaydan parkı"nda ucaldılmış abidələrini də ziyarət edəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında