Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti bitməyən bir mövzudur

Mayın 6-da Dövlət Gömrük Komitəsində (DGK) ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bitməyən bir mövzu olduğunu vurğulayan DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev bildirmişdir ki, müdrik rəhbərin uzaqgörən siyasəti dövlət quruculuğunun bütün sahələrində, o cümlədən gömrük sahəsində də öz əksini tapmışdır. Ümummilli liderin gömrük orqanları üçün verdiyi tövsiyələr gündəlik işdə bu gün də rəhbər tutulmaqdadır.
Komitənin sədri böyük iftixar hissi ilə qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, onun gündəlik diqqət və qayğısı sayəsində dövlət müstəqilliyimizin əsas atributlarından biri olmuş gömrük xidməti Prezident İlham Əliyevin rəhbərliyi altında daha da inkişaf etmiş və möhkəmlənmişdir. Azərbaycanın iqtisadi inkişafı, onun suverenliyinin təmin edilməsi ölkədə aparılan gömrük siyasəti ilə də bilavasitə bağlıdır. Azərbaycanda uğurlu gömrük siyasətinin təməli qoyulmuş, gömrük işinin təkmilləşdirilməsi, gömrük orqanlarının maddi-texniki və normativ-hüquqi bazasının möhkəmləndirilməsi, dünya gömrük sisteminə inteqrasiyası istiqamətində uğurlu addımlar atılmışdır.
Sonda 2005-2010-cu illərdə dövlət qulluğunda səmərəli xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif olunmuş Dövlət Gömrük Komitəsinin 120 əməkdaşına medallar təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında