İtaliyada Azərbaycan musiqi diskləri buraxılacaq

"Azərbaycanı kəşf edək" layihəsi çərçivəsində 15 dekabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Felmay Corso Moncalieri şirkəti arasında müqavilə imzalanmışdır. 
Müqavilənin müddəalarına əsasən İtaliyada Azərbaycan mədəniyyətinin təbliğ olunması ilə əlaqədar "Azərbaycanın ənənəvi musiqisi" adı altında altı kompakt diskdə musiqi albomlarının hazırlanması və satışının həyata keçirilməsi planlaşdırılır.
Azərbaycanın zəngin musiqi nümunələrinin Avropada təbliğinin genişləndirilməsi məqsədilə layihə çərçivəsində artıq birinci - "Muğam - Azərbaycanın müqəddəs musiqisi" - diski işıq üzü görmüşdür və may ayının 26-da onun təqdimatı Turin şəhərində (İtaliya) Şərq İncəsənəti Muzeyində "Darbar" adı altında konsert proqramı zamanı keçirilmişdir.
Diskə geniş səs diapazonuna malik tanınmış xanəndə Qoçaq Əsgərovun ifasında Zabul Segah dəstgahı, Bayatı-Şiraz muğamı və təsnifi, Mahur muğam kompozisiyası, Dilkəş muğamı və iki xalq rəqs havaları daxil olunmuşdur. İfalar lentə alınarkən bütün müasir muğam ansambllarının özəyini təşkil edən kamança, tar, qaval, balaban və nağara kimi milli musiqi alətlərimizdən istifadə olunmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında