Elektrik enerjisindən qanunsuz istifadə hallarına qarşı mübarizə tədbirləri gücləndirilir

"Azərenerji" ASC-nin tabeliyində olan ayrı-ayrı enerji obyektlərində həyata keçirilən bir sıra təmir-bərpa işləri ilə yanaşı, elektrik enerjisinin istehlakı zamanı yol verilən qanunsuz istifadələrin aradan qaldırılması istiqamətindəki tədbirlər də getdikcə intensiv xarakter alır. Xatırladaq ki, elektrik enerjisindən istifadə zamanı israfçılığa yol verən istehlakçılar sərfiyyatlarını gizlətmək üçün sayğac uçot komplektinə müdaxilə edirlər. Bu kimi hallar vaxtında aşkar edilir və onlara qarşı sərt tədbirlər görülür.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin məlumatına görə, cari ilin aprel ayında "Şirvan Regional Elektrik Şəbəkəsi" müəssisəsinin xidməti ərazisində istehlakçıların elektrik enerjisindən istifadə qaydalarına riayət etmələrinin yoxlanışı ilə bağlı keçirilmiş reydlər zamanı 400-dən çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. O cümlədən, "Masallı" EŞ-də 96, "Cəlilabad" EŞ-də 57, "Lənkəran" EŞ-də 43, "Neftçala" EŞ-də 41, "Biləsuvar" EŞ-də 23, "Hacıqabul" EŞ-də 17, "Astara" EŞ-də 7 və "Şirvan" EŞ-də 4 qayda pozuntusu faktı aşkar edilmişdir. Sözügedən müəssisələr üzrə ən çox qayda pozuntusu isə "Salyan" EŞ-də, ən az isə "Lerik" EŞ-də qeydə alınmışdır. Belə ki, bu müəssisələrdə müvafiq olaraq 114 və 2 qayda pozuntusu faktı qeydə alınmışdır. Aşkar edilmiş pozuntular müvafiq qaydada aktlaşdırılaraq 2 milyon 785,5 min kilovat -saatdan artıq itirilmiş elektrik enerjisinin 167,1 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat dövründə həmin məbləğin 24 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Yeri gəlmişkən, sözügedən dövr ərzində aktlar üzrə ödənişdə ən yüksək göstərici "Şirvan" EŞ-də (ötən ayların aktlarından qalmış debitor borc nəzərə alınmaqla 127 faizdən çox), ən aşağı göstərici isə "Hacıqabul" EŞ-də (1,2 faiz) qeydə alınmışdır.
Qeyd edək ki, cari ilin 4 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1720 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Sözügedən dövr ərzində ən çox qayda pozuntusu "Salyan" EŞ-də 474 fakt, ən az isə "Yardımlı" EŞ-də (8 fakt) qeydə alınmışdır. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 7 milyon 424,4 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 445,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 37 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 4 aylıq yekununa görə aktlar üzrə ödənişdə ən yüksək göstərici "Lerik" EŞ-də qeydə alınmışdır. Belə ki, burada sözügedən dövr ərzində aktlar üzrə yaranmış debitor borcla yanaşı, ötən ildən qalmış aktlar üzrə yaranmış debitor borcların da ödənişinə nail olunmuşdur. Ən aşağı göstərici isə yenə də "Hacıqabul" EŞ-də 4 faizə yaxın olmuşdur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında