Strateji Araşdırmalar Mərkəzi 2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair hesabat hazırlamışdır

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) iqtisadiyyatın təhlili və qloballaşma məsələləri üzrə ekspert qrupunun şərhi əsasında "2003-2011-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı" mövzusuna dair hesabat hazırlanmışdır.
Hesabatda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində ölkə iqtisadiyyatının son 8 ildə dəfələrlə artdığı aydın şəkildə əks olunmuşdur.
SAM-dan bildirmişlər ki, hesabatda ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların iqtisadiyyatımız üçün müsbət nəticələri təhlil edilmişdir. Hesabat real, fiskal, monetar sektor, tədiyyə balansı, hökumətin antiböhran tədbirləri və sosial sahələrin inkişafı bölmələri olmaqla 6 hissədən ibarətdir.
Hesabatın real sektor bölməsində hökumətin sənaye, kənd təsərrüfatı, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları və tikinti sahələrindəki uğurları öz əksini tapmışdır. Fiskal sektor dövlət büdcəsi və Dövlət Neft Fondu adlanan iki hissədən ibarətdir.
Həmçinin sənəddə Azərbaycanın əldə etdiyi uğurların beynəlxalq hesabatlardakı nəticələrinə də yer ayrılmışdır.
Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011 hesabatında" 57-ci yeri tutmuş, makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur.
2005-2010-cu illər ərzində Azərbaycan insan inkişafı sahəsində ən sürətli irəliləyişə nail olmuş və "Human Development İndex 2011" hesabatında 101-ci yerdən 67-ci pilləyə qalxmışdır.
2003-2010-cu illərdə ümumi daxili məhsul real ifadədə 3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2 dəfə, dövlət büdcəsinin gəlirləri 9,3 dəfə, əsas kapitala yönəldilən investisiyaların həcmi 2,9 dəfə, xarici ticarət dövriyyəsi 5,4 dəfə, strateji valyuta ehtiyatları 19 dəfə artmışdır. Tədiyyə balansının cari əməliyyatlar balansında 2010-cu ildə yaranan müsbət saldonun həcmi 2005-ci illə müqayisədə 90 dəfə çoxalmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında