Nəsimi rayonunda seminar - treninq keçirilmişdir

Nəsimi Rayon İcra Hakimiyyəti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə "Azərbaycanda dövlət - din münasibətləri" mövzusunda seminar - treninq keçirmişdir.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon icra hakimiyyəti başçısı yanında dini işlər üzrə komissiyanın sədri Zahid Xəlilov açaraq bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizdə dövlət - din münasibətləri modeli hazırlandı və bu istiqamətdə uğurlu siyasət yürüdülməyə başlandı. Yerlərdə rayon icra həkimiyyəti başçısı yanında dini işlər üzrə komissiyalar yaradıldı. Bu qurumlar dövlət və din münasibətləri, tolerantlıqla əlaqədar maarifləndirmə işi, bu sahədə qarşıya çıxan müxtəlif məsələlərin həllinə yönəlmiş fəaliyyətə başladı. Komissiyalar tərəfindən görülən işlər artıq ictimaiyyətdə bu qurumların mövcudluğu zəruriliyinə əminlik yaratmışdır.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ceyhun Məmmədov məruzə ilə çıxış etdi. Natiq ölkəmizdə dini etiqad azadlığının təmin edilməsindən, dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətdən, cəmiyyətdə dini məsələlərlə bağlı maarifləndirmə işinin vacibliyindən danışdı. O, dövlət - din münasibətlərinin aktual aspektlərinə toxundu, zərərli təriqətlərə qarşı mübarizənin vacib olduğunu bildirdi və bu istiqamətdə görülən işlər barədə məlumat verdi. C. Məmmədov yerlərdə fəaliyyət göstərən dini işlər üzrə komissiyaların gərəkli fəaliyyətini önə çəkdi və onların qarşısında duran vəzifələrdən danışdı.
Seminar - treninqdə maraqlı diskussiya və müzakirələr oldu. Aktual məsələlər ətrafında maraqlı fikir mübadiləsi aparıldı və təkliflər irəli sürüldü.
Zahid Xəlildov seminar - treninqə yekun vuraraq dövlət - din münasibətləri ilə bağlı məsələlərin ictimaiyyət tərəfindən müzakirəsinin vacibliyini və bu qəbildən tədbirlərin mütəmadi olaraq keçirilməsinin zəruri olduğunu vurğuladı.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında