"MakDonalds"ın yeni restoranının ilk qonaqları uşaq evinin sakinləri oldu

Ölkəmizdə son illərdə iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf, makroiqtisadi göstəricilərin durmadan artması və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səyləri nəticəsində xarici investorlar üçün yaradılan normal investisiya mühiti, transmilli şirkətlərin Azərbaycanda öz fəaliyyətlərini genişləndirməsi üçün əhəmiyyətli amilə çevrilmişdir. Belə şirkətlərdən biri də müstəqillik dönəminin ikinci onilliyində ölkəmizdə fəaliyyətə başlayan dünya şöhrətli "MakDonalds" korporasiyasıdır.
Dünən paytaxtın Xətai rayonunun Əhmədli qəsəbəsi ərazisində "MakDonalds"ın yeni restoranının açılışı buna canlı sübutdur. Tikintisinə 3.2 milyon AZN investisiya qoyulan restoranın açılışında Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov iştirak etmişdir.
Açılışda çıxış edən "MakDonalds Azərbaycan LLC" şirkətinin icraçı direktoru Maqsud Mirzəyev bildirmişdir ki, "Əhmədlidə yeni müəssisə açmaqla biz "MakDonalds Azərbaycan" şirkətində işçilərin ümumi sayını 700 nəfərə çatdırmışıq. Lakin bu da hələ son deyil və ilin sonunadək bu rəqəm 900-ə çatacaq".
Xətai Rayon İcra Hakimiyyətinin başçısı R.Məmmədov da öz növbəsində şirkətin yeni restoranının fəaliyyətinə uğurlar dilədi və respublikada bu cür müəssisələrin açılmasının əsas səbəbini, məhz dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti nəticəsində yaradılmış siyasi sabitlikdə və iqtisadi tərəqqidə gördüyünü bildirdi.
Şirkət ənənəsinə uyğun olaraq ilk qonaqları kimi yeni restorana nahara dəvət etdiyi Xətai rayon 3 saylı uşaq evinin sakinlərinə hədiyyələrlə yanaşı, məxsusi olaraq onlar üçün Azərbaycana gətirdiyi, MakDonalds korporasiyasının simvolu, şən kloun və planetin bütün uşaqlarının dostu Ronald MakDonaldın iştirakı ilə şou-proqram nümayiş etdirdi.
Açılışın daha bir sürprizi isə "MakDonalds Azərbaycan LLC" şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin lazımi avadanlıqların alınması üçün 10 min manatlıq simvolik çeki 3 saylı uşaq evinin direktoru Məhbuba Hüseynovaya təqdim etməsi oldu.

{nl}

İlqar RÜSTƏMOV, Rafiq SALMANOV (foto), "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında