TRT kanalının Bakı təmsilçiliyinin yaranmasının 10 illiyi qeyd olundu

İyunun 2-də Türkiyənin Azərbaycandakı səfirliyində TRT kanalının Bakı təmsilçiliyinin yaranmasının 10 illiyinə həsr olunmuş tədbir keçirildi. TRT kanalının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş videorolik nümayiş etdirildikdən sonra kanalın Bakı təmsilçiliyinin rəhbəri Yüksəl Dəyərcan qeyd etdi ki, təmsil etdiyi KİV on il ərzində Azərbaycan həqiqətlərini dünyaya çatdıran yüzlərlə veriliş hazırlayıb, ölkədə baş verən hadisələr, inkişaf prosesləri barədə minlərlə xəbər sujetləri yayınlayıb.
Ümumilikdə isə 30 dəqiqəyədək yayınlanan proqramların sayı artıq 500-ü keçməkdədir. Bu da göstərir ki, bugünədək TRT-nin Bakı təmsilçiliyində çalışanlar vəzifələrini layiqincə yerinə yetirmiş, Azərbaycana olan sevgilərini işləri ilə təsdiqləmişlər.
Yüksəl Dəyərcan türk dünyasının böyük oğlu Heydər Əliyevin Türkiyə ilə Azərbaycan barədə dediyi "Biz bir millət, iki dövlətik" müdrik kəlamını xatırladaraq qeyd etdi ki, TRT-nin Bakı təmsilçiliyində çalışanlar daim bu prinsipə sadiq qalmış, böyük öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" sözlərini öz fəaliyyətlərinin aparıcı elementinə çevirmişlər. Təsadüfi deyil ki, bu il də Xocalı və 31 Mart soyqırımılarının ildönümündə məhz TRT-nin Bakı təmsilçiliyi "Duyun artıq" və "Nə üçün qətl edilirik?" adlı iki sənədli film hazırlamışdır. Həmin filmlər dünyanın 5-ci ən böyük televiziya kanalı vasitəsi ilə yayınlanmış, bu yolla milyonlarla insan Azərbaycanda baş vermiş dəhşətli hadisələrdən xəbərdar olmuşdur.
Bakı təmsilçiliyi təkcə bu məsələ barədə deyil, digər mühüm əhəmiyyət kəsb edən sahələrdən də verilişlər hazırlayır. Məsələn, bu il Azərbaycanda "Turizm ili" elan olunub. Ölkənin valehedici təbiəti, böyük turizm potensialı var. Sürətlə inkişaf edən Azərbaycanda böyük layihələr reallaşdırılıb. İstər Bakıda, istərsə də regionlardakı infrastruktur dünya standartları səviyyəsinə çatdırılıb, möhtəşəm otellər inşa olunub. Yüksəl Dəyərcan bildirdi ki, TRT-nin Bakı təmsilçiliyinin əməkdaşları da Azərbaycanın dünyada tanıdılması üçün bütün qüvvəsini səfərbər edib. Onun sözlərinə görə, artıq ölkədə elə bir rayon qalmayıb ki, TRT-də həmin rayon barədə sujet yayınlanmasın. Bu proses bundan belə də davam edəcək. TRT-nin Bakı təmsilçiliyi var qüvvəsi ilə Azərbaycan mədəniyyətini dünyada təbliğ edəcək.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç isə TRT-nin Bakı təmsilçiliyinin yaradıcı heyyətini təbrik etdi. O bildirdi ki, ötən 10 ildə TRT-nin Bakıdakı təmsilçiliyi Azərbaycanın səsi olub, Azərbaycan həqiqətlərini dünyaya çatdırıb. Bu kanalda Azərbaycan həqiqətlərinə həsr olunmuş onlarla sənədli filmlər hazırlanıb: "TRT Bakı təmsilçiliyi bundan sonra da Azərbaycan xalqına xidmət edəcək, Azərbaycanın bir qurumu kimi fəaliyyətini davam etdirəcək".
Millət vəkilləri Musa Qasımlı, Gülər Əhmədova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar da tədbirdə çıxış edərək TRT-nin Bakı təmsilçiliyinin yaranmasının 10 illiyi münasibəti ilə həmkarlarımızı təbrik etdilər. Tədbirdə Azərbaycanın incəsənət xadimləri səsləndirdikləri musiqi nömrələri ilə iştirakçıların ruhunu oxşadılar.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında