Bakı-Aberdin-Bakı reysi açılmışdır

Mayın 31-də "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı-Aberdin-Bakı marşrutu ilə ilk sərnişin aviareysini yerinə yetirmişdir.
Bakıdan uçan ilk təyyarədəki sərnişinləri Aberdin aeroportunda QSC-nin Böyük Britaniya üzrə baş təmsilçisi Kamran Qacar və Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin nümayəndəsi Vüsal Abdullayev qarşılamışlar.
Hava limanında yeni aviareysin fəaliyyəti ilə bağlı mərasim keçirilmişdir. Tədbirdə çıxış edən V.Abdullayev, Azərbaycan Şotlandiya Assosiasiyasının nümayəndəsi Nərgiz Morrison yeni marşrutun açılmasından məmnun olduqlarını bildirmiş, bu reysin Böyük Britaniyanın neft şəhəri olan Aberdinlə Bakı arasında əlaqələrin inkişafına müsbət təsir göstərəcəyini bildirmişlər.
"Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirmişdir ki, Bakı-Aberdin-Bakı marşrutu üzrə müntəzəm reyslər "Aerobus 319" tipli təyyarə ilə yerinə yetiriləcəkdir. Bu nəqliyyat vasitələri müasirliyi və rahatlığı ilə seçilir. QSC hazırda Aberdin şəhəri də daxil olmaqla, dünyanın 26 iri şəhərinə birbaşa uçuşlar təşkil edir.
Aberdin aeroportunun mətbuat xidmətinin meneceri Sara Kempbl aviareysin açılışının əhəmiyyətindən danışaraq demişdir ki, bu, ölkələrimizin vətəndaşlarının gediş-gəlişini daha etibarlı və rahat şəkildə təmin edəcəkdir.
Həftənin çərşənbə axşamı və bazar günləri reallaşacaq Bakı-Aberdin-Bakı aviareysi üzrə uçuşların bir tərəfə qiyməti 398 manat, iki tərəfə isə 677 manatdır. Uçuş müddəti 5 saat 20 dəqiqədir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında