Kanada parlamentində Azərbaycanın Respublika Gününün qeyd edilməsi barədə bəyanat səsləndirilmişdir

Azərbaycan Respublikasının Kanadadakı səfirliyindən bildirmişlər ki, mayın 31-də Kanadanın Ontario əyalətinin parlamentində deputat Monte Kvinter Azərbaycanın Milli bayramı - Respublika Gününün qeyd edilməsi barədə bəyanat səsləndirmişdir.  
Bəyanatda bildirilir ki, 1918-ci ildə Azərbaycan Rusiya imperiyasından ayrılaraq öz müstəqilliyini elan etmişdir. Azərbaycanın müsəlman dünyasında ilk demokratik respublika olduğu və bir çox Qərb ölkələrindən əvvəl qadınların seçki hüququnu tanıdığı qeyd olunmuşdur.
Bəyanatda, həmçinin Azərbaycanın 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdiyi və bu il müasir və dünyəvi Azərbaycan Respublikasının 20-ci ildönümünün qeyd olunduğu vurğulanmışdır. Ölkəmizin son illər ərzində bəzi təhdidlər ilə üzləşməsinə baxmayaraq, xüsusilə iqtisadiyyatın inkişafı və yoxsulluğun azaldılması sahəsində mühüm nailiyyətlər əldə etdiyi, Azərbaycanın uğurlarının Dünya Bankı və Dünya İqtisadi Forumu tərəfindən yüksək qiymətləndirildiyi, ölkəmizin mühüm regional layihələr həyata keçirdiyi bəyanatda öz əksini tapmışdır.
Bəyanatın sonunda terrorçuluğa qarşı mübarizədə Azərbaycanın oynadığı vacib siyasi rol və Kanada əsgərləri ilə birgə ölkəmizin sülhməramlılarının Əfqanıstanda xidmət keçmələrinə diqqət yönəldilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında