Ümumxalq məhəbbətinin nümayişi

Zaman keçdikcə ümummilli liderimiz Heydər Əliyevin xidmətləri qədirbilən xalqımızın yaddaşında daha da möhkəmlənir. Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən hər il paytaxt rayonlarında keçirilən "Gül bayramı" da Heydər Əliyevin doğum günü ərəfəsində onun xatirəsini yad etmək naminə görülən bir el şənliyidir. Əslində, bu tədbir ulu öndərimizə olan ümumxalq məhəbbətinin nümayişidir. Bu baxımdan Əzizbəyov rayonunda keçirilən "Gül bayramı" daha təm təraqlı, çal-çağırlı oldu.
Respublikanın əməkdar müəllimi Rəfael Əzimovun rəhbərlik etdiyi 2 saylı internat məktəbin nəfəsli alətlər orkestrinin müşayiəti ilə səslənən musiqi sədaları bayramın keçirildiyi Heydər Əliyev parkında bir qələbəlik, yüksək şən əhval-ruhiyyə yaratmışdı. 1975-ci ildən fəaliyyət göstərən orkestrin ifasında "Azərbaycan himni", "Qələbə günü", "Heyratı", "Azərbaycan əsgəri" və sair nikbin ruhlu, qələbəyə çağırış əzmini əks etdirən musiqi nümunələri, marşlar mərasimə toplaşanlara xoş təsir bağışlayırdı.
Bayram tədbirində 4 saylı incəsənət məktəbinin xalq çalğı alətləri ansamblı, qızlardan ibarət sazçalanlar qrupu, nağara ifaçılarından və xanəndə qızlardan ibarət kollektivlərin çıxışları da ürəklərə xoş ovqat gətirdi.
Sinəsini orden və medallar bəzəmiş 1920-ci il təvəllüdlü Böyük Vətən müharibəsi veteranı Gülağa Ağakişi oğlu Həsənovla həmsöhbət olduq. O dedi:
- Bugünkü bayram şənliklərində iştirak etməyimlə qürur hissi keçirirəm. Ümumilli liderimiz Heydər Əliyevi iki dəfə qarşılamaq, onunla söhbət etmək səadəti mənə nəsib olub. Zirə kəndində və Mərdəkan qəsəbəsində olan həmin görüşlər həyatımın ən qiymətli anları idi. Cənab Prezident İlham Əliyevin və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xalqımızın rifahı naminə gördükləri işlər hamını çox sevindirir. Biz veteranlar dövlətimizin daxili və xarici siyasətini ürəkdən bəyənir, ulu öndər Heydər Əliyevin ən layiqli varisi və sədaqətli davamçısı olan Prezidentimiz İlham Əliyevi sevir, ona böyük ümid bəsləyirik.
Respublikanın xalq artistləri Ağaxan Abdullayevin və Səkinə İsmayılovanın ifa etdikləri muğam və mahnılar bayram iştirakçılarının əhvalını daha da yüksəltdi, onlara estetik zövq bəxş etdi. Konsert proqramı rayonun musiqi kollektivləri tərəfindən davam etdirildi. Musiqi sədaları altında 300 nəfərlik bayram süfrəsinə dəvət olunan rayon sakinləri dadlı təamlardan dadır, gənc və yeniyetmə idmançıların nümunəvi çıxışlarını maraqla izləyirdilər.
3 saylı internat məktəbin direktoru, respublikanın əməkdar müəllimi Qətibə Əsədova Lətafət müəllimənin şagirdləri tərəfindən səbət və kətan üzərində gül-çiçəklə düzəldilmiş Heydər Əliyev və İlham Əliyevin şəkillərinə yaraşıq verən eksponatlar haqqında danışaraq dedi ki, "Biz xoşbəxt uşaqlarıq" adlı bu səyyar sərgi ümummilli liderimizə həsr edilmişdir.
Yüksək əhval-ruhiyyə şəraitində keçən bayram şənliklərinin doğurduğu hissləri Əzizbəyov RİH-in şöbə müdiri Gülbala Qurbanov belə dəyərləndirdi:
- Ümummilli liderimiz Heydər Əliyevin xatirəsi təkcə onun doğum və anım günlərində qeyd olunmur. Bu dahi rəhbərin ideyaları bizim gündəlik əsas iş prinsipimizə çevrilib. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyevin ideyaları yaşayacaqdır.

{nl}

Sabit MƏMMƏDOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında