Milli festival, Fransa sərgisi və Kral Abdullah adına mükafat müsabiqəsi

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyinin yaydığı məlumatda bildirilir ki, martın 17-də Səudiyyə Ərəbistanı Krallığında, İki Müqəddəs Məscidin xadimi, əlahəzrət Kral Abdullah bin Əbdüləziz Al Səudun da açılışında iştirak etdiyi İrs və Mədəniyyət üzrə 25-ci Milli Festivala start verilib.

{nl}

Artıq 25 ildir ki, ənənəvi olaraq hər il bu ölkənin əl-Cənadiriyyə adlanan məntəqəsində bas tutan bu böyük mədəniyyət festivalı Krallığın keçmişi ilə bu günü arasında bir körpü yaradaraq, Səudiyyə xalqının milli və dini kimliyini, tarixi irsinin müxtəlif yönlərini   gənc nəsillərə ötürmək məqsədi güdür. Rəngarəng tədbirlərin yer aldığı bu festivalda Səudiyyə insanının tarixən öz çevrəsində istifadə etdiyi müxtəlif alətlər, bəzək əşyaları nümayiş etdiriləcək, çeşidli incəsənət sərgiləri təşkil ediləcək. Dünyanın bir çox ölkəsindən bu möhtəşəm tədbirə 400-dən çox mədəniyyət və incəsənət xadimi qoşulmuşdur. Onların arasında Azərbaycanın mədəniyyətini və mediasını təmsil edən görkəmli şəxslər də vardır.

{nl}

Hər il bir ölkənin fəxri qonaq seçildiyi bu festivalda, bu il Fransa Respublikası qeyd edilən statusda çıxış edəcək. Fəxri qonaq statusuna uyğun olaraq, bu ölkəyə aid təşkil olunmuş xüsusi stenddə iştirakçılar Fransa mədəniyyətinə, şəhərlərinə aid eksponatların nümayiş olunduğu sərgi ilə də tanış olacaqlar. Festivalda marağa səbəb olan bir hadisə də ondan ibarətdir ki, burada “İrs və mədəniyyət sahəsinə aid Kral Abdulla adına Beynəlxalq Mükafat” üzrə müsabiqə elan edilmişdir. Mükafat fondu bir milyon Səudiyyə riyalıdır (266 min ABŞ dolları) və ona qeyd edilən sahələr üzrə müsabiqəyə qatılmış ən görkəmli şəxs layiq bilinəcək.

{nl}

{nl}

İ.MİRZƏBƏYLİ, “Xalq qəzeti”

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında