Layiqli nəsil tərbiyə edək

Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurası may ayının əvvəlindən başlayaraq Böyük Vətən müharibəsində qələbənin 66 illiyi və ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə bir sıra tədbirlərə start vermişdir. Mayın ilk günlərində keçirilmiş "Heydər Əliyev və gənclərin hərbi vətənpərvərliyi" mövzusunda elmi-praktik konfransda güc nazirlikləri ilə birlikdə Təhsil, Gənclər və İdman nazirliklərinin, ali məktəblərin və digər təşkilatların nümayəndələri də iştirak etmişlər. 
Belə tədbirlərin geniş vüsət almasının bir səbəbi də Azərbaycan Respublikası Müharibə və Əmək Veteranları Şurasının, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi "Veteranların sosial hüquqlarının müdafiəsi problemləri" mövzusunda müsabiqənin qalibi olmasıdır. Hazırda bu mövzu ilə əlaqədar respublikanın bir neçə bölgəsində elmi-praktiki seminarlar keçirilir. Bu seminarlarda müharibə, əmək, silahlı qüvvələr, arxa cəbhə, hüquq-mühafizə orqanları veteranları ilə birlikdə gənclər, tələbələr, ümumilikdə, ictimaiyyətin bütün təbəqələrinin nümayəndələri iştirak edə bilərlər.
Bu günlərdə Salyan şəhərində keçirilmiş və 10 ətraf rayonun nümayəndələrinin iştirak etdiyi seminar-müşavirədə "Veteranlar haqqında dövlət siyasəti", "Heydər Əliyev Veteranlar haqqında Azərbaycan Respublikası Qanununun yaradıcısıdır", "Veteranların hüquq, sosial və əmək fəaliyyətinin müdafiəsi", "Veteranlar haqqında Azərbaycan Respublikasının Qanunu və Beynəlxalq Sazişlər", "Gənclərin hərbi vətənpərvərlik və mənəvi tərbiyəsində veteran təşkilatlarının rolu", "Vətən uğrunda həlak olan döyüşçülərin xatirəsinin əbədiləşdirilməsinə dövlət qayğısı" və s. mövzularda mühazirələr oxunmuşdur. Mühazirələri Respublika Müharibə və Əmək Veteranları Şurasında yenicə təşkil olunmuş daimi iş komissiyalarının sədrləri oxumuşlar.
Yaxın iki ay ərzində belə seminar-müşavirələr Naxçıvan Muxtar Respublikasında, Bakıda, Gəncədə, Lənkəranda, Sumqayıtda, Xaçmazda da keçiriləcəkdir. Bu tədbirlərdə əsas məqsəd ümummilli lider Heydər Əliyevin yaratdığı müasir müstəqil Azərbaycan Respublikasında yaşayan gənclərdə vətənpərvərlik hissini gücləndirmək, onları Azərbaycan dövlətinə, xalqına sədaqət və məhəbbət ruhunda tərbiyə etməkdir.

{nl}

Cabir KAZIMOV, Daxili İşlər Nazirliyinin veteranı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında