"Sahil bağı"nda bayram təntənəsi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə əlaqədar Səbail rayonunda ənənəvi gül bayramı keçirildi.
Rayon İcra hakimiyyətinin qarşısındakı "Sahil bağı"nda lazımi tərtibat işləri aparılmış, bayramın təntənəli və yaddaqalan keçməsi üçün Dövlət Neft Şirkəti, rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri ciddi hazırlaşmışdılar. Təhsil ocaqlarının, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar, gül kompozisiyaları görünüşü və gözəlliyi ilə seçilirdi. Şagirdələrin fantaziyaları və yaradıcılıq imkanları ulu öndərə olan sonsuz sevgilərini nümayiş etdirir, bayramda iştirak edən Bakı sakinlərini və şəhərimizin çoxsaylı qonaqlarını ayaq saxlamağa məcbur edirdi.
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və bayramın qonaqları rayonun idarə və təşkilatlarının, təhsil müəssisələrinin, ictimaiyyət nümayəndələrinin toplaşdığı "Sahil bağı"nı gəzdilər, maraqlı gül ekspozisiyaları ilə tanış oldular, iştirakçılarla səmimi söhbətlər etdilər. Sonra Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyasının üzvlərinin iştirakı ilə parkdakı gül kompozisiyaları və əl işlərinə baxış keçirildi.
Gözəl, mənalı və rəngarəng gül tabloları, güldən hazırlanmış müxtəlif fiqurlar arasında ümummilli liderimiz Heydər Əliyevlə bağlı kompozisiyalar, Bakı şəhərinin və onun mərkəzi rayonu olan Səbailin simvolu Qız qalasının, Naxçıvandakı Mömünə Xatun türbəsinin, Bakı - Tbilisi - Ceyhan neft kəməri marşrutunun, Bakı şəhərinin gerbinin, Bibiheybət buxtasında mexaniki üsulla qazılmış ilk neft buruğunun güldən hazırlanmış və güllə işlənmiş maketləri, təsvirləri bayram iştirakçılarını heyran qoydu.
Rayonun 7, 50, 91, 132, 162, 189, 190, 236, 239 saylı orta məktəblərinin və Beynəlxalq Təhsil Kompleksinin, 136, 130, 157 və 332 saylı uşaq bağçalarının, Uşaq Yaradıcılıq Mərkəzinin şagirdlərinin nümayiş etdirdikləri gül kömpozisiyaları və müxtəlif materiallardan işlənmiş sənət nümunələri bağa gələnlərdə daha xoş təəssürat yaratdı. Təsviri incəsənətlə məşğul olan məktəblilərin asfalt üzərində çəkdiyi şəkilləri münsiflər heyəti yüksək qiymətləndirdilər.
İncəsənət ustaları, bədii özfəaliyyət kollektivləri və məktəblilərin bütün gün ərzində davam edən konsert proqramı bayrama xüsusi təntənə gətirdi. Konsertdə tanınmış incəsənət xadimləri ilə bərabər rayonun orta ümumtəhsil və müsiqi məktəblərinin kollektivləri, həmçinin ARDNŞ-nin mədəniyyət saraylarının özfəaliyyət kollektivləri çıxış etdilər.
Gül bayramı səbaillilərin ulu öndərin ölməz xatirəsinə dərin ehtiramının təntənəsinə çevrildi.

{nl}

R.Tahir, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında