Nəsimi rayonunda gül bayramı

Hər il may ayında ölkəmizin bütün guşələrində ümummilli liderimiz, xalqımızın xilaskarı, Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əmalətdar günlə bağlı ölkəmizdə gül bayramları keçirilir.
Bu il Nəsimi rayonunda keçirilən gül bayramı öz gözəlliyi, möhtəşəmliyi və təşkilati baxımdan mükəmməlliyi ilə əvvəlki illərdən xeyli seçilirdi.
Bayram S.Vurğun küçəsi ilə Vaqif prospektinin kəsişməsində yerləşən və bu günlərdə əsaslı surətdə yenidən qurularaq istifadəyə verilmiş parkda keçirildi.
Tədbiri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev açaraq hamını bayram münasibətilə təbrik etdi. Natiq bildirdi ki, Azərbaycan xalqı bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə və canından əziz bildiyi Vətənin qüdrətlənməsinə həsr etmiş xilaskarı Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur. Xalqımız bu dahi insanın doğum gününü belə gözəl bayramla qeyd edir və bu, Heydər Əliyev şəxsiyyətinə xalq məhəbbətinin əzəmətli təntənəsinə çevrilir.
Parkda sərgilənmiş gül kompozisiyaları, panno, rəsm, plakat, tətbiqi sənət nümunələri göz oxşayırdı. Həmin gün bayramda rayonun 30 ümumtəhsil məktəbi, 42 uşaq bağçası və bir sıra idarə və təşkilatlar 5 mindən çox əl işlərini nümayiş etdirdilər.
Həmin işlərdə 7 minə yaxın təbii güldən istifadə edilmişdi.
159, 23, 5, 9, 28, 164 saylı orta məktəblərin kompozisiyaları xüsusi marağa səbəb oldu. 266 saylı məktəbin təqdim etdiyi güllərdən hazırlanmış Azərbaycanın xəritəsi öz gözəlliyi və bitkinliyi ilə hamının diqqətini cəlb edirdi. 54 saylı orta məktəb olduqca maraqla tətbiqi sənət nümunələri, rəsmlər və foto stendlər nümayiş etdirdi. Şagirdlərdən Günay Bəylərova və Tərlan İsazadənin çəkdikləri rəsmlər isə insanı valeh edirdi. Bu əsərlər məktəblilərin böyük istedadından və özünəməxsus yaradıcılıq fantaziyasından xəbər verirdi.
Gül bayramı insanda açıq havada yaradılmış əsrarəngiz muzey təəssüratı yaradırdı. Bayramda nümayiş etdirilən işlər Bakı Şəhər İcra Hakimiyyətinin müsabiqə komissiyası tərəfindən də yüksək qiymətləndirildi. Komissiya üzvlərinin gəldikləri nəticə əsasında qaliblər mükafatlandırılacaqlar.
Qeyd edək ki, ulu öndərimizin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar Nəsimi rayonunun ümumtəhsil məktəblərində şahmat, futbol, voleybol, basketbol və dama üzrə yarışlar keçirilib. Bayram vaxtı həmin yarışların qaliblərinə mükafatlar təqdim edildi.
Həmin gün rayon təhsil müəssisələrinin rəqs kollektivləri və xalq çalğı alətləri ansambllarının olduqca maraqlı çıxışları oldu. Bayramda tanınmış incəsənət xadimləri və müğənnilər böyük konsert proqramı nümayiş etdirdilər. Gül bayramında Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə, Asim Mollazadə və Ülvi Quliyev iştirak edirdilər.
Ümummilli liderimiz Heydər Əliyevə dərin xalq məhəbbətinin təzahürü olan bu gözəl bayram hamıda xoş ovqat və unudulmaz hisslər oyatdı.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında