Riqada Azərbaycan və Latviyanın müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir

Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin dəvəti ilə mayın 29-30-da Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədə rəsmi səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər zamanı Latviyanın daxili işlər naziri xanım Linda Murniesenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olmuşdur. Görüşdə hər iki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Həmçinin 2011-ci il yanvarın 17-də Riqada imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"in müddəalarının yerinə yetirilməsi istiqamətində də müzakirələr aparılmışdır.
Səfər çərçivəsində Latviya Prezidenti Valdis Zatlers nazir Kəmaləddin Heydərovu qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyi qeyd edilmiş, mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmışdır.
Səfər zamanı Latviyanın Baş naziri Valdis Dombrovskis də nazir Kəmaləddin Heydərovla görüşmüşdür.
Görüşdə Azərbaycan və Latviyanın müvafiq dövlət qurumları arasındakı mövcud əlaqələrin inkişaf etdirilməsi, əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında