Azərbaycan Prezidentinin əfv haqqında sərəncamı dünyanın aparıcı təşkilatları tərəfindən təqdir edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" 2011-ci il 26 may tarixli sərəncamı beynəlxalq və xarici təşkilatlar tərəfindən təqdir olunmuş, Azərbaycanın demokratik inkişaf kursuna uyğun olaraq ölkədə söz və məlumat azadlığının təmin edilməsinə yönəlmiş mühüm irəliləyiş kimi qiymətləndirilmişdir.
Mərkəzi ofisi Vyanada yerləşən nüfuzlu Beynəlxalq Mətbuat İnstitutunun direktoru xanım Alison Betel MakKenzi tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış məktubda qeyd edilmişdir ki, Azərbaycan Prezidentinin xoşməramlı addımı bir çox təşkilatlar kimi, Beynəlxalq Mətbuat İnstitutunu da razı salmış və təqdirəlayiq hesab olunmuşdur.
Xanım A.MakKenzi Beynəlxalq Mətbuat İnstitutunun bundan sonra da söz və məlumat azadlığının inkişaf etdirilməsi sahəsində Azərbaycan hökuməti ilə birgə çalışmaqda davam edəcəyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında