Çingiz Qənizadə: Dövlət başçısının məhbusların əfvi haqqında sərəncamı yüksək qiymətləndirilməlidir

"Dövlət başçısının məhbusların əfvi haqqında sərəncamı, sözsüz ki, humanist aktdır.
Biz, hüquq müdafiəçiləri, əfv edilənlərin şəxsiyyətindən asılı olmayaraq, bu cür addımları yüksək qiymətləndirmişik". Bu fikirləri Milli Məclisin deputatı, "Demokratiya və İnsan Hüquqları Komitəsi" qeyri-hökumət təşkilatının sədri Çingiz Qənizadə deyib.
Ç.Qənizadə bildirib ki, burada söhbət, təkcə əfv olunanların siyahısına düşmüş 90 məhbusdan getmir. Bu, həm də əfv olunanların ailə üzvləri, qohumları, dostlarıdır ki, onları da nəzərə almaqla, akt 1000-dən artıq insanı əhatə edir.
"Eyni zamanda qeyd etmək istəyirəm ki, rəsmi qurumlar və hüquq müdafiə təşkilatlarının monitorinq qrupu arasında olan münasibətlər ümumi işimizə xeyli müsbət təsir göstərir. Bütövlükdə, bu cür addımlar daim yüksək qiymətləndirilməlidir" - deyə Ç.Qənizadə bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında