Azərbaycanda "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniya başlanır

1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günündə Heydər Əliyev Fondu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə (YUNİSEF) əlilliyi olan uşaqlara qarşı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş "İmkanlara məhdudiyyət yoxdur" adlı kampaniyaya başlayır.
Heydər Əliyev Fondunun mətbuat xidmətindən bildirmişlər ki, növbəti altı ay ərzində xüsusi tədbirlər, televiziyada yayımlanacaq sosial çarxlar, elanlar və digər üsullar vasitəsilə həyata keçiriləcək kampaniya əlilliyi olan uşaqların sosial inteqrasiyasını dəstəkləyəcəkdir.
BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyası Azərbaycan hökuməti tərəfindən 2009-cu ildə ratifikasiya olunmuşdur. Ölkəmizdə müxtəlif layihələr, ən önəmlisi isə inkluziv təhsil ilə bağlı tədbirlər həyata keçirilir.
Azərbaycanda müxtəlif növ əlillikdən əziyyət çəkən təxminən 56 min uşaq qeydiyyata alınmışdır. Yalnız 6 min əlilliyi olan uşaq xüsusi məktəblərdə, 11 min uşaq isə ev mühitində təhsil alır.
Kampaniyanın məqsədi valideynlərin, eləcə də müəllimlərin və səhiyyə işçilərinin davranış və münasibətlərinin dəyişməsinə təsir etməkdir. Bu kampaniya çərçivəsində nəzərdə tutulmuş təşviqat xarakterli tədbirlərdən biri sentyabrda Bakıda keçirilməsi planlaşdırılan əlilliyi olan uşaqlar ilə bağlı beynəlxalq konfransdır.
Tərəfdaşlarla həyata keçirilən tədbirlər gəncləri, uşaqları, eləcə də KİV-lərin nümayəndələrini və ictimai xadimləri bir araya gətirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında