Nyu-Yorkda 28 May - Respublika Günü münasibətilə rəsmi bayraq ucaltma mərasimi keçirilmişdir

Nyu-Yorkun məşhur Bowling Green bağında 28 May - Respublika Günü və Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 93-cü ildönümü münasibətilə Azərbaycan bayrağını ucaltma mərasimi keçirilmişdir.
Azərbaycan Amerika Cəmiyyətinin (AAC) sədri Tomris Azəri çıxış edərək bu günün Azərbaycanın tarixindəki önəmindən, azərbaycanlıların qədim köklərə malik dövlətçilik ənənəsindən danışmışdır. Bildirilmişdir ki, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlətin əsasını qoyan azərbaycanlılar, regionun digər millətləri üçün nümunəyə çevrilmişlər.
Türkiyənin Vaşinqtondakı səfiri Namık Tan bu bayramın sadəcə Azərbaycan üçün deyil, eyni zamanda, Türkiyə üçün də böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. AXC-nin yaradılmasının bütün türk dünyasının böyük nailiyyəti olduğu vurğulanmışdır.
Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin əməkdaşı Yusif Məhəmmədəliyev tədbir iştirakçılarını və Azərbaycan xalqını bayram münasibətilə təbrik etmiş, AXC-nin zəngin irsindən və əldə etdiyi nailiyyətlərdən danışmışdır.
AAC-ın icma ilə əlaqələr üzrə direktoru Emin Həsənəv AXC irsinin və Azərbaycanın zəngin dövlətçilik tarixinin bütün gənclərin ilham mənbəyi olduğunu qeyd etmiş, tədbirin keçirilməsi üçün Nyu-Yorkun Bowling Green bağının təsadüfi seçilmədiyini qeyd etmişdir. Bildirilmişdir ki, ABŞ-ın müstəqilliyinin əldə edilməsi üçün aparılan mübarizədə bu ərazidə çoxlu amerikalı həlak olmuşdur. Azərbaycanın müstəqilliyi də minlərlə azərbaycanlının qanı, canı bahasına başa gəlmişdir. Tədbirin keçirilməsi üçün bu yerin seçilməsi Amerika və Azərbaycan xalqları arasında istiqlaliyyət mübarizəsində oxşarlığın bariz nümunəsidir.
Sonda Azərbaycanın dövlət himninin sədaları altında üçrəngli bayrağımız səmaya qaldırılmışdır.
Tədbir başa çatdıqdan sonra azərbaycanlılar Türk-Amerikan Assosiasiyaları tərəfindən təşkil olunmuş 29-cu Nyu York-Türk paradına qatılmışlar. Builki paradda avtomobillərdən də istifadə edilmişdir. Maşınlar küçə ilə hərəkət edərkən Azərbaycan musiqisi səsləndirilmiş və üçrəngli bayrağı dalğalandırılmışdır. Azərbaycanlıların maşını "Azərbaycan Eurovision-2011 musiqi yarışmasının birincisi" plakatları ilə bəzədilmiş, Eldar və Nigarın "Running Scared" mahnısı səsləndirilmişdir.
Şəhər ictimaiyyəti paradı alqışlarla qarşılamışdır.

{nl}

Pərvanə QARAYEVA AzərTAc-ın xüsusi müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında