ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik etmişdir

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ABŞ-ın dövlət katibi Hillari Klinton 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik etmişdir.
Təbrik bəyanatında H.Klinton bildirmişdir: "Mayın 28-də Respublika Gününü qeyd edən Azərbaycan xalqını Prezident Obama və ABŞ xalqı adından təbrik etməkdən məmnunluq duyuram. Bu, zəngin mədəniyyətinizə və tarixinizə hörmət ifadə etmək və 20 il bundan əvvəl müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qazandığı mühüm nailiyyətləri qeyd etmək üçün xüsusi bir imkandır.
Ötən il Bakıya və ölkənizə ilk dəfə olaraq etdiyim səfərdən məmnun qalmışdım. Azərbaycanın dinamikası və potensialından, Azərbaycan xalqının gücündən mütəəssir olmuşdum.
ABŞ və Azərbaycan qarşılıqlı maraqlara və hörmətə əsaslanan güclü münasibətlərə malikdirlər. Biz bir sıra qlobal çağırışların öhdəsindən gəlmək və fürsətlərdən yararlanmaq üçün əməkdaşlıq edirik. Biz regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini genişləndirmək və daha da böyük iqtisadi və siyasi islahatları təşviq etmək istiqamətində çalışırıq. ABŞ ölkələrimiz arasındakı tərəfdaşlığın gücləndirilməsi işinə sadiq olaraq qalır.
Bu xüsusi gündə Azərbaycan xalqına ən xoş arzularımı çatdırır, ona qarşıda dinc və firavan bir il diləyirəm".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında