Paytaxt sakinlərinin içməli su təminatı yaxşılaşdırılır

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə su verilişi rejimlərinə dəyişiklik etmişdir.
Səhmdar cəmiyyətinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Səbail rayonunun Badamdar qəsəbəsi və "20-ci Sahə" ərazisində əhaliyə əvvəllər günaşırı su verilirdisə, indi istehlakçılar hər gün qrafiklə su ilə təmin olunur. Bundan əlavə, Yasamal və Nəsimi rayonlarındakı abunəçilərin də 85 faizindən çoxunun mənzilinə daimi su verilir. Halbuki bu göstərici indiyə qədər 60 faizə yaxın idi. Yeni rejimə keçiddən sonra Nərimanov rayonunda daimi su alanların xüsusi çəkisi 75 faizi ötüb. Nizami rayonunun Q.Qarayev prospekti və Çobanzadə küçəsində yaşayan abunəçilərin də su təchizatının rejim qrafikinə artım edilib.
Bunlarla yanaşı, Bakıxanov və Hövsan qəsəbələrinə verilən suyun həcmi də xeyli artırılıb. Belə ki, əgər əvvəllər Bakıxanov qəsəbəsinə sutka ərzində cəmi 4-5 saat su verilirdisə, artıq bu müddət 10-12 saat təşkil edir. Amma Hövsan qəsəbəsində yeni yaşayış massivləri salınarkən mühəndis-kommunikasiyaların mövcudluğu və gücü nəzərə alınmamış, "Azərsu" ASC ilə müvafiq razılaşmalar aparılmamışdır. Həmin ərazilərdə paylayıcı şəbəkə yaradılmadığından hazırda burda yaşayanların içməli su təminatında müəyyən problemlər var. Sözügedən problemin isə " 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" nın icrası müddətində köklu şəkildə həll olunacaqdır. Qaradağ rayonunun Lökbatan qəsəbəsini içməli su ilə təmin edən magistral kəmərin yenidən qurulmasından sonra bu qəsəbənin sakinlərinin su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. İndi qəsəbədəki istehlakçıların 80 faizindən çoxu fasiləsiz su alır.
Artıq Binəqədi və Sabunçu qəsəbələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində də əməli tədbirlərə başlanılıb. Qəbul olunmuş təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq adıçəkilən qəsəbələrin su təchizatında uzunmüddətli fasilələr aradan qaldırılacaq. Bu qəsəbələrin sakinləri su təchizatındakı müsbət dəyişiklikləri isə cari ilin yay mövsümündə hiss edəcəklər.
M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında