Rusiya hökumətinin sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmişdir

Rusiya hökumətinin sədrinin müavini, Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukovun Azərbaycana rəsmi səfəri başlamışdır. 
Səfər çərçivəsində mayın 27-də qonaq Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmiş, xatirəsini ehtiramla anaraq məzarı önünə əklil qoymuşdur.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstəsi qoyulmuşdur.
Aleksandr Jukov daha sonra Şəhidlər Xiyabanında, Azərbaycanın azadlığı, ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçən milli qəhrəmanların xatirəsini yad etmişdir. Qonaq şəhidlərin xatirəsinə ucaldılan "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında