Zaqatala rayonunda Respublika Günü münasibətilə silsilə tədbirlər

Zaqatala rayonunda Respublika Gününə həsr olunmuş silsilə tədbirlərdə rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ağsaqqalları, gənclər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
İlk öncə tədbir iştirakçıları Heydər Parkında ümummilli liderimiz Heydər Əliyevin abidə kompleksini ziyarət etmiş, önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Sonra tədbir iştirakçıları Dədə Qorqud meydanında təşkil olunmuş kitab bayramında iştirak etmiş, müxtəlif kitab sərgilərinə baxmış, özfəaliyyət kollektivlərinin çıxışlarını izləmişlər.
Tədbir rayon mədəniyyət evində davam etdirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümünə həsr olunmuş konfransda "Şərəfli istiqlal yolunun başlanğıcı" mövzusunda məruzə ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz bu cümhuriyyətin varisi olduğunu xüsusi vurğulamışdır. O, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını xalqımızın milli azadlığa, müstəqillik və demokratiya arzularının məntiqi nəticəsi kimi dəyərləndirmişdir. Natiq cəmi 23 ay yaşamış Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyduğunu və Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
M.Əhmədzadə XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycanın çağdaş dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişdir.
Tədbir paytaxtdan gəlmiş "Xəzər" qrupunun konsert proqramı ilə davam etdirilmişdir.

{nl}

İ.HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında