Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edir

Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, 2011-ci il aprelin 1-i tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 286 030 nəfər təşkil edir. Cəmi əmək pensiyası alan şəxslərin 39 faizi kişi, 61 faizi isə qadındır. Onlardan 64 faizi yaşa görə, 25 faizi əlilliyə görə, 11 faizi isə ailə başçısının itirilməsinə görə pensiya alır. 
Əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır: yaşa, əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyası.
"Əmək pensiyaları haqqında" Qanuna edilən son əlavə və dəyişiklik Azərbaycanda həyata keçirilən sosial islahatların çox mühüm elementini ifadə edir və vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə inteqrasiyasının tamamlanmasına yönəldilmişdir. Bu dəyişikliyə uyğun olaraq vətəndaşların pensiyaları yenidən hesablanır və Azərbaycanda 1 286 030 nəfər pensiyaçıdan təqribən 845 min nəfərin pensiyası orta hesabla 40 faizdən yuxarı artırılacaq.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında