ABŞ konqresmenləri Azərbaycanı milli bayram - Respublika Günü münasibətilə təbrik etmişlər

Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, ABŞ Konqresinin üzvləri Bill Şuster və Virciniya Foks Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 93-cü ildönümü münasibətilə ABŞ Nümayəndələr Palatasında təbrik bəyanatları ilə çıxış etmişlər.
Konqresmen Bill Şuster ABŞ şirkətlərinə Xəzərin enerji resurslarını hasil etmək imkanının ilk dəfə Azərbaycan tərəfindən yaradıldığını və Azərbaycanın indi qlobal enerji təhlükəsizliyində əsas oyunçuya çevrildiyini qeyd etmişdir. Konqresmen demişdir: "Cənubi Qafqaz bölgəsinin inkişafına təkan verən ən uğurlu layihə olan Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizinin karbohidrogen resurslarını ABŞ-a və Avropadakı tərəfdaşlarımıza çatdıran əsas arteriya rolunu oynamaqdadır. Vurğulamaq lazımdır ki, Azərbaycan 2009-cu ildə İsrailin idxal etdiyi xam neftin 1/4-ni təmin etmişdir və ABŞ-ın dəstəklədiyi "Nabukko" qaz kəməri üçün hazırda əsas potensial təchizatçı hesab olunur.
Virciniya Foks isə bəyanatında demişdir ki, Rusiya ilə İran, Avropa ilə Asiya arasındakı strateji bölgədə yerləşən Azərbaycan sabit və dünyəvi dövlət olaraq, dünyanın bu hissəsində müsəlman, yəhudi və xristianların dinc şəraitdə birgə yaşadıqları azsaylı ölkələrdən biridir. Konqresmen qeyd etmişdir ki, Azərbaycan son 20 ildə böyük inkişaf yolu keçmiş və strateji cəhətdən önəmli bir bölgədə ABŞ-ın əsas müttəfiqinə çevrilmişdir.
Foks əlavə etmişdir ki, ABŞ-Azərbaycan tərəfdaşlığı ümumi dəyərlərə və vahid məqsədlərə əsaslanaraq, regional təhlükəsizliyin əsas komponentini özündə ehtiva edir. Azərbaycana etdiyi son səfəri zamanı müdafiə naziri Robert Qeytsin qeyd etdiyi kimi, Azərbaycan ABŞ və NATO-nun Əfqanıstandakı əməliyyatlarına çoxşaxəli dəstək göstərir və Əfqanıstana quru və dəniz vasitəsilə göndərilən yüklərin təxminən 25 faizinin tranzitini təmin etməklə Şimali Bölgü Şəbəkəsinin əsas hissəsini təşkil edir.
Qeyd etmək lazımdır ki, konqresmen Bill Şuster ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupunun həmsədri, konqresmen Virciniya Foks isə həmin qrupun üzvüdür.

{nl}

Şəfəq AKİFQIZI AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında