Azərbaycan ilə İtaliya arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyətə dair Anlaşma Memorandumu imzalanmışdır

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti İtaliya Respublikasında rəsmi səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirmişlər ki, mayın 25-26-da həyata keçirilən səfər çərçivəsində K.Heydərov İtaliyanın Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamentinin sədri Franko Gabriyellə görüşmüşdür. Görüşdə ölkələrimiz arasındakı əlaqələrin perspektivləri, hər iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Sonda "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İtaliya Respublikasının Nazirlər Şurası Sədrliyinin Mülki Müdafiə Departamenti arasında mülki müdafiə sahəsində əməkdaşlıq, fövqəladə hallar zamanı yardım və qarşılıqlı fəaliyyət haqqında" Anlaşma Memorandumu imzalanmışdır.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti fövqəladə hallar zamanı istifadə olunan avadanlıq istehsal edən şirkətlərin nümayəndələri ilə də görüşmüş, bu şirkətlərin işi ilə tanışlıq olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında