Parisdə Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir

Azərbaycanın Fransadakı səfirliyi və ölkəmizin YUNESKO yanındakı daimi nümayəndəliyi Parisin məşhur Dofin zalında 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişlər. Səfir Elçin Əmirbəyov qonaqları qəbul etmişdir.
Tədbirdə Fransanın rəsmiləri, ictimaiyyətin nümayəndələri, akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporamızın təmsilçiləri və tələbələrimiz iştirak etmişlər. Təntənəli mərasimdə Azərbaycanın əməkdar artisti Elşən Mansurovun rəhbərlik etdiyi trionun ifasında milli musiqimizdən nümunələr səsləndirilmiş, Fransada yaşayan gənc müğənni Təranə Allahverdiyeva Azərbaycan mahnılarını ifa etmiş, gənclərimiz şən və oynaq musiqi sədaları altında rəqs etmişlər.
Tədbir iştirakçılarına milli mətbəximizin nümunələri təqdim olunmuşdur.

{nl}


Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında