Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyəti Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində olmuşdur

Azərbaycanda səfərdə olan Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyəti mayın 26-da Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşmüşdür. 
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələri barədə söhbət aparılmışdır.
Ə.Həsənov Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə yaranmış qaçqın və məcburi köçkünlər ordusu, onların, habelə "qaçqın" statusu almaq niyyətində olan şəxslərin sosial təminatlarının yaxşılaşdırılması istiqamətində görülən işlər və problemlər haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, münaqişə nəticəsində 250 min azərbaycanlı Ermənistandan qovulmuş, 700 min soydaşımız Dağlıq Qarabağ və ətraf rayonlardan didərgin düşmüş, məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış, işğal nəticəsində Azərbaycana 60 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. İşğal altındakı rayonların əmlakı Ermənistana daşınmışdır.
Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində görülmüş işlərdən danışan Baş nazirin müavini bildirmişdir ki, ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 67 yeni qəsəbə salınmış, 100 min nəfərdən çox soydaşımız yeni evlərə köçürülmüşdür. Müasir standartlara uyğun təhsil, səhiyyə, rabitə və mədəniyyət ocaqları tikilib istifadəyə verilmişdir.
Ə.Həsənov Ermənistanın hələ də öz işğalçılıq siyasətindən əl çəkmədiyini və mötəbər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə məhəl qoymadığını təəssüf hissi ilə qeyd etmişdir.
Nümayəndə heyətinin rəhbəri Mark Field təmsil etdiyi qurumun Azərbaycanla dostluq əlaqələrinə yüksək dəyər verdiyini və bu əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirmişdir. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən təsirləndiyini qeyd edən Britaniya-Azərbaycan Parlament Qrupunun nümayəndə heyətinin rəhbəri demişdir: "Ermənistan zəngin ölkə deyil, Azərbaycan isə sürətlə inkişaf edir. Ermənistan bu amili nəzərə almalıdır".
M.Field Azərbaycana dördgünlük səfər çərçivəsində bölgələrə səfər etmək, qaçqın və məcburi köçkünlərin vəziyyəti ilə yerindəcə tanış olmaq, cəbhə bölgəsindəki vəziyyəti görmək istədiyini nəzərə çatdırmışdır.
Sonra Əli Həsənov nümayəndə heyətinin üzvlərini maraqlandıran sualları cavablandırmışdır.
Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən buklet və filmin diski təqdim olunmuşdur.
Görüşdə Nazirlər Kabineti Aparatının qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov da iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında