Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza vardır

Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm hüquqi baza vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ikitərəfli əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə böyük önəm verir. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü və 2009-cu illərdə İngiltərəyə səfərləri də bunu sübut edir.
Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov mayın 26-da ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlament qrupunun rəhbəri Mark Field ilə görüşdə demişdir.
O.Əsədov bildirmişdir ki, ölkələrimiz arasında bu günə qədər 23 sənəd imzalanmışdır. Ümid edirik ki, hökumətlərarası ikitərəfli komissiya və iş adamları bundan bəhrələnərək iqtisadi sahədə əməkdaşlığımızı daha da inkişaf etdirəcəklər.
Dövlətlərarası münasibətlərdə parlamentlərin rolunu xüsusi qeyd edən O.Əsədov hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasını yüksək qiymətləndirmiş, deputatlarımızın qarşılıqlı səfərlərinin sayının artırılmasının vacibliyini vurğulamışdır.
Milli Məclisin sədri Azərbaycanın sürətlə inkişaf etdiyini konkret faktlarla diqqətə çatdırmış, bu inkişafa maneə yaradan, regionun, eləcə də Avropanın təhlükəsizliyinə ciddi təhdid olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana hərbi təcavüzünün acı nəticələri barədə britaniyalı qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, təcavüzkar Ermənistanın BMT TŞ-nin, AŞ PA, ATƏT PA və digər nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymaması vəziyyəti daha da gərginləşdirir. Azərbaycan istənilən yolla işğal altında olan torpaqlarını azad etməyə hazırdır. Amma biz hələlik sülh danışıqlarına üstünlük veririk.
O.Əsədov Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə bir daha Böyük Britaniya hökumətinə minnətdarlığını bildirmişdir.
Bakıya ikinci dəfədir ki, səfər etdiyini vurğulayan Mark Field burada gördüklərindən heyrətini gizlətməmişdir. O demişdir: "Azərbaycan həqiqətən də sürətlə inkişaf edir. Biz bunu yüksək qiymətləndiririk. Səfərimizin əsas məqsədi Azərbaycan haqqında daha çox bilgi toplamaq və Avropadakı dostlarımızı məlumatlandırmaqdır. Biz Azərbaycanın Böyük Britaniyadakı nüfuzunu daha da artırmaq, dayaqlarını möhkəmləndirmək istəyirik".
Qonaq Azərbaycanın Qarabağ bölgəsinə də səfər etmək niyyətində olduqlarını bildirmişdir.
Oqtay Əsədov Azərbaycanın regionlarında həyata keçirilən islahatlar, görülən işlər barədə də qonaqlara məlumat vermişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında