Tərtərdə "Respublikanın suvarma şəraitində dənli bitkilərin yeni sortlarının yaradılması və toxumçuluğun təşkili" mövzusunda respublika tarla seminar-müşavirəsi keçirilmişdir

Mayın 25-də Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında "Respublikanın suvarma şəraitində dənli bitkilərin yeni sortlarının yaradılması və toxumçuluğun təşkili" mövzusunda respublika tarla seminar-müşavirəsi keçirilmişdir.  
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Elmi- Tədqiqat Əkinçilik, Tərəvəzçilik, Yemçilik, Çəmənçilik və Otlaqlar, Pambıqçılıq və Bitki Mühafizə institutlarının əməkdaşları, ərazi kənd təsərrüfatı idarələrinin, regional aqrar elm mərkəzlərinin nümayəndələri, Tərtər, Bərdə, Ağdam, Beyləqan, Ağcabədi, Samux, Goranboy, Yevlax və Göygöl rayonlarının toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Bərdənin Zümürxan kəndində fiziki şəxs Etibar Cümşüdovun elit toxumçuluq təsərrüfatında olmuşlar.
Nazir fermerin fəaliyyəti ilə maraqlanmışdır.
E.Cümşüdov Elmi-Tədqiqat Əkinçilik İnstitutu tərəfindən hazırlanmış payızlıq buğdanın becərilməsində resurslara qənaət edən yeni texnologiyalar haqqında məlumat vermişdir. Bildirmişdir ki, təsərrüfatda ənənəvi üsuldan fərqli olaraq taxıl "tirə" üsulu ilə əkilir. Bu zaman toxuma qənaət olunur, torpaqda nəmlik uzun müddət qalır, su məsrəfi azalır. Burada "Əzəmətli" və "Uğur" buğda sortları əkilir. Təsərrüfatda qarğıdalı və noxud da becərilir.
Seminar-müşavirə öz işini Tərtər Bölgə Təcrübə Stansiyasının tarlasında davam etdirmişdir.
Nazir İsmət Abasovun məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, son səkkiz ildə Azərbaycan Prezidenti İlham Əliyev aqrar sahənin inkişafını təmin edən dövlət proqramları, fərman və sərəncamlar imzalamış, müxtəlif müşavirələrdə tapşırıq və tövsiyələr vermişdir.
İ.Abasov dövlət başçısının mayın 6-da Ağcabədidə keçirdiyi müşavirəni xatırlatdıqdan sonra məlumat vermişdir ki, 2007-2010-cu illərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin və çoxillik əkinlərin becərilməsinə sərf olunan yanacaq və motor yağlarına, buğda, çəltik səpininə görə dövlət büdcəsinin vəsaiti hesabına 307,5 milyon manat, "Aqrolizinq" ASC, digər hüquqi-fiziki şəxslər tərəfindən ölkəyə idxal olunan mineral gübrələrin dəyərinin orta hesabla 50 və 70 faizinin güzəştlə satılması ilə əlaqədar 40 milyon manat, toxumçuluq və tinglik təsərrüfatlarından satılan birinci və ikinci reproduksiyalı toxumlara, tinglərə görə 15 milyon manatdan çox subsidiya verilmişdir. Nəticədə bu ilin yanvar-aprelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz çox - 676,6 milyon manatlıq bitkiçilik məhsulları istehsal edilmişdir.
Nazir torpaqdan, toxum və gübrələrdən, sudan səmərəli istifadə edilməsinin, alimlərlə fermerlərin əməkdaşlığının zəruriliyini vurğulamışdır. Qeyd etmişdir ki, son illər 581 özəl toxumçuluq təsərrüfatı, o cümlədən 486 taxıl toxumçuluğu üzrə özəl təsərrüfat fəaliyyət göstərir. 2010-cu ildə Aqrar Elm Mərkəzi sistemindəki regional aqrar elm mərkəzləri tərəfindən 1476 ton orijinal, super elit və elit toxum istehsal edilmişdir.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov seminar-müşavirənin işinə uğurlar arzulamışdır.
Aqrar Elm Mərkəzinin direktoru Əsəd Musayev, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlai bölgə təcrübə stansiyasının fəaliyyəti haqqında danışmışlar.
İnstitut direktorunun müavini Möhtəsim Əhmədov seminar-müşavirənin keçirildiyi 15 hektarlıq sahədə əkilmiş arpa, bərk və yumşaq buğda barədə məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, burada 7590 ədəd sortnümunə əkilmişdir. Bu sortlar əsasən akademik Cəlal Əliyevin rəhbərliyi altında yaradılmış "Əzəmətli-95", "Tale-38", "Qırmızıgül-1", "Qobustan", "Qiymətli 2\17" sortlarıdır. Həmin sortlar fermerlərin böyük marağına səbəb olmuşdur.
Alimlər və fermerlər arasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Fermerlər aqrar sahəyə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Nazir İsmət Abasov seminar-müşavirəyə yekun vuraraq bundan sonra da aqrar sahənin dövlətin diqqət mərkəzində olacağını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında