Azərbaycanda ünvan reyestri yaradılır

Ölkə Prezidentinin "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nın təsdiq edilməsi barədə fərmanına uyğun olaraq ünvan reyestrinin yaradılması sahəsində tədbirlər həyata keçirilir. Bununla bağlı Əmlak Məsələləri Dövlət Komitəsində Norveçin Kadastr və Xəritəçəkmə Agentliyinin nümayəndəsi Helge Onsurd və danimarkalı beynəlxalq məsləhətçi Piter Larsenin iştirakı ilə "Azərbaycan Respublikasında ünvan reyestri: vəzifələr və perspektivlər" mövzusunda seminar keçirilmişdir.
Seminarda bildirilmişdir ki, ünvan məlumatları hər bir ölkə üçün milli məkan məlumatlarının vacib elementidir. Azərbaycanda əvvəllər ünvan məlumatlarının vəziyyəti və idarə edilməsi müasir tələblərə uyğun aparılmamışdır və vahid qaydada mərkəzləşdirilməmişdir. Ölkə başçısının müvafiq fərmanına əsasən Azərbaycan Respublikasında ünvan reyestrinin yaradılması qərara alınmışdır. Bu fərmanla müəyyən edilmiş vəzifələrin icrası ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ardıcıl tədbirlər həyata keçirilməkdədir. İlk növbədə ünvan məlumatlarının səmərəli və şəffaf idarə edilməsi üçün avtomatlaşdırılmış ünvan reyestri sisteminin qurulması nəzərdə tutulmuşdur. Bu sahədə qabaqcıl Avropa ölkələrinin təcrübəsi və beynəlxalq standartlar öyrənilmişdir.
Azərbaycan və Norveç hökumətləri arasında ünvan reyestrinin yaradılması məqsədi ilə imzalanan Qrant Sazişinə əsasən 1,5 il ərzində Azərbaycanda Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəzərdə tutulur. Müasir informasiya-kommunikasiya texnologiyaları əsasında qurulacaq avtomatlaşdırılmış ünvan reyestri idarəetmə sistemi ölkəmizdə qeyri-neft sektorunda və infrastruktur sahəsində həyata keçirilən mükəmməl innovativ layihələrdən biridir.
Seminarda ekspertlər layihə çərçivəsində həyata keçirilən tədbirlər, ünvan reyestrinin yaradılması və aparılmasında Avropa standartları və təcrübəsi, Azərbaycanda ünvan məlumatlarının mövcud vəziyyəti ilə bağlı maraqlı prezentasiyalar təqdim etmişlər. Seminar açıq müzakirə şəklində təşkil edilmişdir. Seminarda qeyd edilmişdir ki, ölkəmizdə yaradılacaq Ünvan Reyestrinin İnformasiya Sisteminin beynəlxalq standartlara və qabaqcıl Avropa təcrübəsinə uyğun layihələndirilməsi məqsədi ilə Avropa Birliyinin EURADIN layihəsi və INSPIRE tövsiyyələrindən istifadə edilir.
Azərbaycanda ünvan reyestrinin yaradılması nəticəsində ünvanlar haqqında mərkəzləşdirilmiş informasiya bazası formalaşdırılacaq, ünvanlar barədə çevik qaydada məlumat almaq mümkün olacaqdır.
Ünvan Reyestrinin İnformasiya Sistemi Azərbaycanda mövcud olan digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrlər, o cümlədən əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestrləri ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərəcəkdir. Bu informasiya sistemləri dövlət orqanlarının vətəndaşlara, hüquqi şəxslərə və bələdiyyələrə elektron xidmətlərin göstərilməsində mühüm vasitəyə çevriləcəkdir.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında