General - mayor Akim Abbasovun 100 illik yubileyi keçirildi

Azərbaycan Hərb Tarixi Muzeyində general - mayor Akim Abbasovun 100 illik yubileyi münasibətilə tədbir keçirildi. Tədbirdə Müdafiə Nazirliyinin, Ali Hərbi və Hərbi Dəniz məktəblərinin, Hərbi Akademiyanın, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix, Milli Dövlət Arxivinin və digər idarə və müəssisələrin nümayəndələri, habelə general - mayor Akim Abbasovun ailə üzvləri və yaxın qohumları iştirak etdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan palkovnik Rüfət Əmirov açdı. O, general mayor Akim Abbasovun şərəfli ömür yolundan söhbət açaraq onun istedadlı hərbçi olduğunu diqqətə çatdırdı. Sonra generalın şanlı döyüş yoluna həsr olunmuş sənədli film və bədii kompozisiya nümayiş etdirildi.
Muzeyin elmi işçisi Şəlalə Hüseynova Akim Abbasovun həyat və fəaliyyətindən danışdı. O dedi ki, general - mayor Akim Abbasov 1911 - ci ildə anadan olmuşdur. Akim hələ körpə yaşlarından valideynlərini itirir. 1923 - cü ilə qədər dayısının himayəsində yaşayır. Naxçıvanda olarkən 3 nömrəli Zəhmət məktəbinin uşaq evinə köçürülən Akim Abbasov 1927 -ci ildə Bakıya gəlir. Akim Abbasov 1930-cu ildə Ə. Qarayev adına Bakı Hərbi Hazırlıq Məktəbini bitirir və sonra təhsilini davam etdirmək üçün Tbilisidəki Zaqafqaziya Hərbi Məktəbinə daxil olur və 1932 - ci ildə təhsilini başa vurur. O, ömrünün 40 ilini orduya sərf etmiş, 7 orden və 25 - dən çox medalla təltif edilmişdir.
Azərbaycan Hərb Tarixi Muzeyinin baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Əsgər Əliyev generalın unudulmaz xatirələrindən, şanlı ömür səhifələrindən danışdı. O, Akim Abbasovun İkinci dünya müharibəsi illərində Cənubi Qafqaz uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən sülaləsinin Azərbaycan hərb tarixindəki fəaliyyətinə yüksək qiymət verildiyini bildirdi.
Tədbirdə Cəbi Bəhramov, Hacı Həsənov və başqaları çıxış etdilər.
General mayor Akim Abbasovun oğlu Asif Abbasov atasının hərbi fəaliyyətindən və Vətənə bağlılığından danışaraq qeyd etdi ki, onun hərbçi olmasında atasının böyük rolu olmuşdur. Tədbirin sonunda generalın xatirəsinə həsr olunmuş sərgi nümayiş etdirildi.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında