Musa QASIMLI: Dövlət müstəqilliyimizin bərpası zaman baxımından qısa müddətli olsa da, inkişaf baxımından bəzi ölkələrin keçdiyi yüz illərə bərabərdir

Bu sözləri SİA-ya tarix elmləri doktoru , millət vəkili Musa Qasımlı açıqlamasında deyib.
O bildirib ki, ötən illərdə Azərbaycan ictimai-siyasi sahədə xaosdan, anarxiyadan, hərc-mərclikdən sabitliyə, dağılmaqda olan dövlətdən güclü dövlətə, parçalanmaqda olan ölkədən vahid qüdrətli ölkəyə gəlib çatıb: "Bu illər ərzində ölkə vətəndaş qarşıdurmasından milli birliyə, vətəndaş sülhünə gəldi, demokratikləşmə ölkəmizin həyatının ayrılmaz hissəsinə çevrildi. İqtisadi sahədə azad bazar iqtisadiyyatına keçilib. Bərabər imkanların yaradılması istiqamətində islahatlar aparılıb. Ötən müddətdə ölkəmiz iqtisadi cəhətdən özünün təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib, iqtisadi cəhətdən heç bir ölkədən asılı olamadan öz ərzaq təhlükəsizliyini təmin edib".
Ordu quruculuğu ilə bağlı aparılan işləri xüsusi vurğulayan millət vəkili söyləyib ki, qısa müddət ərzində ölkəmizdə hərbi sahədə ayrı-ayrı silahlı dəstələr tərk-silah edilib, ölkəmizi xarici təcavüzdən qorumaq, işğal altında olan əraziləri azad etmək gücündə olan qüdrətli bir ordu yaradılıb: "Xalqımızın milli ruhu yüksəlib, dövlətçilik, vətənpərvərlik hissləri güclənib. Yeni bir Azərbaycan yaradılıb. Ölkənin ərazisinin bir hissəsini işğal edilməsinə, qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq, Azərbaycan sürətlə inkişaf edib. Bütün bunlar bilavasitə ölkədə həyata keçirilən düzgün siyasətlə bağlıdır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında