"Vətəni tanı" ümumrespublika kampaniyasının növbəti turu Cəlilabad, Neftçala, Cəbrayıl və Tovuzda keçirilib

"Vətəni tanı" ümumrespublika kampaniyasının seçim turları bölgələrdə davam edir. Layihə çərçivəsində növbəti seçim turları Cəlilabad, Neftçala və işğal altında olan Cəbrayıl rayon gəncləri arasında keçirilib. 
Cəlilabad rayonu Zərifə Əliyeva adına 7 saylı məktəbdə baş tutan seçim turunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Regionlarla iş üzrə departamentinin rəhbəri Ziya Ağayev bildirib ki, bu gün gənclərimizin hərtərəfli inkişafı üçün dövlət tərəfindən bütün şərait yaradılır.
Tədbir haqqında gənclərə məlumat verən və kampaniyanın əhəmiyyətindən danışan Z. Ağayev onu da əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi gənclərimizdə yeni bilgilərə yiyələnmə və milli dəyərlərimizin aşılanması, tariximiz, dünənimiz və bu günümüzün öyrənilməsində müstəsna rol oynayır.
Cəlilabad rayonundan Neftçalaya yollanan işçi qrupu Neftçala şəhəri 1 saylı orta məktəbdə kampaniyanı həyata keçirib. Hər rayonda 150 gənc olmaqla seçim turlarında iştirak edənlərdən ikisi respublika turuna vəsiqə qazanıb.
Digər işçi qrupu işğal altında olan Cəbrayıl rayonundan olan gənclər arasında seçim turunu həyata keçirib. Biləsuvar rayonu ərazisində məcburi köçkünlər üçün tikilən yeni qəsəbələrdə baş tutan kampaniyanı Milli Şuranın üzvü Əligül Ağayevin rəhbərlik etdiyi işçi qrupu həyata keçirib. Digər nümayəndə heyətinin seçim turu Tovuz rayonunda baş tutub. Tədbirin açılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bildirib ki, hazırda ölkəmizdə gənclər siyasəti çox uğurla həyata keçirilir. Gənclərimizin hərtərəfli inkişafı üçün istər paytaxtda, istərsə də regionlarda əlverişli şərait yaradılıb. Tədbirin əhəmiyyətindən danışan T. Zeynalov qeyd edib ki, Milli Şuranın bu təşəbbüsü çox təqdirəlayiqdir. Hazırda ölkəmizdə belə layihələrin həyata keçirilməsi çox vacibdir.
Çıxış edən GTMŞ sədri, millət vəkili və eyni zamanda, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı hazırlanması istiqamətində işçi qrupunun üzvü Fuad Muradov qeyd edib ki, gənclərimiz bütün istiqamətlərdə inkişaf ediblər. Millət vəkili gənclərlə bağlı hazırlanan yeni proqramdan da danışıb. "Biz bu proqramın hazırlanmasında iştirak edirik. Çalışırıq ki, hər bir gəncin arzu və istəkləri proqramda öz əksini tapsın". F. Muradov Milli Şuranın bu istiqamətdə bundan sonra da layihələr həyata keçirəcəyini qeyd edib. Tədirdə iştirak edən millət vəkili Qənirə Paşayeva çıxışında Azərbaycanın torpaqlarının işğal altında olmasını bildirərək belə layihələrin keçirilməsinin çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edib ki, bu gün Azərbaycan gəncləri həqiqətləri dünya ictimaiyyətinə çatdırmalıdırlar.
Milli Şuranın baş katibi və eyni zamanda, kampaniyanın rəhbəri Orxan Ərəbov çıxış edərək yarış haqqında gəncləri məlumatlandırıb. Onlara seçim turunun gedişatı haqqında danışıb. Gənclərə seçim turunda uğurlar arzulayıb.
Hər rayon üzrə iki məktəbli respublika turuna vəsiqə qazanıb.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında