Azərbaycanın və Belarusun fövqəladə hallar nazirlikləri arasında əlaqələr genişlənir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) dəvəti ilə mayın 22-23-də ölkəmizdə rəsmi səfərdə olan Belarus Respublikasının fövqəladə hallar naziri Vladimir Vaşşenkonun rəhbərlik etdiyi nümayəndə heyəti fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür. 
K.Heydərov rəhbərlik etdiyi nazirliyin strukturları, həyata keçirilən layihələr barədə ətraflı məlumat vermişdir. Nazir fövqəladə halların idarə edilməsi sahəsində zəngin təcrübəyə malik dövlətlərin müvafiq qurumları, habelə beynəlxalq və regional təşkilatlarla əlaqələrin inkişafı istiqamətində görülən işlərdən danışmışdır.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, qonaq, hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Qonaqlar səfər çərçivəsində Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə də tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında