Səbaillilərin bayram sovqatı

Səbail Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyətin bir qrup nümayəndəsi  Novruz bayramı ərəfəsində cəbhə bölgəsində rayonun hamilik etdiyi “N” saylı hərbi hissədə xidmət edən əsgər  və zabitlərimizin qonağı olmuşlar.

{nl}

Rayonun təmsilçiləri hərbi hissə komandanlığı ilə birlikdə  ön  xəttdə  əsgərlərimizin xidməti ilə maraqlanmış, onların məişət şəraiti ilə yaxından tanış olmuşlar. Nümayəndə heyəti  rayondan hərbi xidmətə çağrılmış və həmin hərbi hissədə xidmət edən əsgərlərlə də görüşmüş, onlara məzunu olduqları orta məktəblərin salamlarını və hədiyyələrini çatdırmışlar. Səbailli əsgərlərin xidmətdəki uğurları qonaqları xüsusilə sevindirmişdir.

{nl}

Hərbi hissənin şəxsi heyəti ilə keçirilən təntənəli görüşdə  Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Novruz bayramı münasibəti ilə əsgərlərimizi təbrik etmiş, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulamışdır. Natiq hərbi hissənin şəxsi heyətini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin ordumuz üçün yaratdığı nümunəvi  şərait müqabilində daha yaxşı xidmət etməyə çağırmışdır. O,  ölkə başçısının apardığı məqsədyönlü siyasət nəticəsində işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa ediləcəyinə əmin oluduğunu, lazım gələrsə müharibə yolu ilə torpaqlarımızın azad  ediləcəyinə əminliyini  bildirmişdir.

{nl}

Qonaqlar Səbail RİH-nin hədiyyələrini, rayonun orta məktəblərinin kollektivlərinin hazırladıqları bayram xonçalarını, müxtəlif ləvazimatları və məktəblilərin əsgərlərə ünvanladıqları məktubları şəxsi heyətə təqdim etmişlər.

{nl}

Hərbi hissə komandanlığı adından çıxış edən polkovnik Etibar Əsgərov   şəxsi heyətin xidməti və  döyüş hazırlığı barədə məlumat vermiş, Səbail Rayon İcra Hakimiyyəti rəhbərliyinə bayram tədbirinin təşkilinə görə  minnətdarlığını bildirmişdir. Zabit  hərbi hissədə keçirilən bu tədbirin düşmənlə üz-üzə xidmət edən hərbçilərə ruh yuksəkliyi gətirdiyini, onları ayıq-sayıq və güclü olmağa səslədiyini  vurğulamışdır.

{nl}

Sonra  respublikamızın tanınmış incəsənət ustaları döyüşçülərimiz üçün bayram konserti vermişlər. Populyar müğənni Nadir Qafarzadənin, onun rəhbərlik etdiyi  kollektivin gözəl ifasını, tanınmış rəqqasə Göyçək Fatimənin şux rəqslərini əsgərlər heyranlıqla  və sürəkli alqışlarla qarşılamışlar.

{nl}

Şənlikdən sonra qonaqlar hərbi hissənin şəxsi heyəti ilə birlikdə bayram süfrəsi arxasında nahar etmişlər.  Səbail Rayon İcra Hakimiyyətinə və  incəsənət xadimlərinə hərbi hissənin fəxri fərmanları təqdim olunmuşdur.

{nl}

 

{nl}

R.TAHİR, “Xalq qəzeti”

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında