Korrupsiya ilə mübarizə diqqət mərkəzindədir

Mayın 23-də Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilmişdir. 
Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə sektorunun məlumatı dinlənilmişdir.
Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin məhkəmə fəaliyyətində korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqlarına əsasən Məhkəmə-Hüquq Şurası ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə görə təkcə son aylar ərzində 2 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilmiş, habelə 7 hakim barədə intizam icraatı başlanılmışdır.
Şuradan bildirmişlər ki, iclasda, həmçinin vətəndaşlardan Məhkəmə-Hüquq Şurasına daxil olan müraciətlər təhlil edilmiş, əsas narazılıq doğuran hallar və onların aradan qaldırılması üzrə əlavə tədbirlər müzakirə olunmuşdur.
Eyni zamanda, iclasda qanunvericiliyin tələblərinin pozulmasına yol verdiklərinə görə 1 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, 1 nəfərin isə barəsində intizam icraatının başlanılması qərara alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında