İmtahanlarda şəffaflıq və obyektivlik təmin olunacaq

Təhsil naziri Misir Mərdanov ali və orta ixtisas təhsili müəssisələrində 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, yarana biləcək neqativ halların aradan qaldırılması və digər tədbirlərin həyata keçirilməsi ilə bağlı müvafiq əmr imzalayıb.
Əmrdə qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri tərəfindən 2010-2011-ci tədris ilinin yay imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili və təhsil müəssisələrində imtahan qərargahının yaradılması təmin edilsin. Həmçinin, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə qərargaha daxil olan hər bir şikayət barədə nazirliyin "Qaynar xətt" xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; faks: 496-37-61) dərhal məlumat verilməsi, imtahan sessiyasında şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi, imtahanların gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlərin görülməsi məsələlərinin təmin olunması tapşırılıb.
Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri yay imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verəcəklər. Təhsil Nazirliyi əməkdaşlarının, Nazirliyin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupuna daxil olan qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasının monitorinqi aparılacaq. Eləcə də yay imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və digər müvafiq tədbirlərin görülməsi qərara alınıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında