"Azərbaycan 2012-ci ilin sonundan Silahlı Qüvvələri iri çaplı döyüş sursatları ilə tam təchiz edəcək"

Azərbaycan 2012-ci ilin sonundan Silahlı Qüvvələri iri çaplı döyüş sursatları ilə tam təchiz edəcək. Bu barədə APA-ya eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov bildirib.
Y. Camalovun sözlərinə görə, hazırda Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 5.45 mm çaplı güllələrdən 30 mm-ə qədər, o cümlədən minaatanlar və qumbaraatanlar üçün bütün döyüş sursatları istehsal olunur.
"Bu ildən 85 mm-dən 155 mm-ə qədər döyüş sursatlarının istehsalının qurulması layihəsinə başlamışıq. 2012-ci ilin sonundan ordunu həmin döyüş sursatları ilə tam təmin edəcəyik", - deyə nazir vurğulayıb.
Nazir bu il rəhbərlik etdiyi qurumun 18 milyon ABŞ dolları həcmində ixracat planlaşdırdığını deyib.
Qeyd edək ki, ötən illə müqayisədə MSN-in güc strukturlarından aldığı sifarişlərin həcmi 6 dəfə artıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında