Azərbaycanın fövqəladə hallar nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Niderland Krallığında səfərdə olmuşdur

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Niderland Krallığında səfərdə olmuşdur.
Mayın 17-dən 19-dək davam edən səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Niderland Krallığının infrastruktur və ətraf mühit naziri Şultz van Haege ilə görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, görüşdə hər iki ölkənin müvafiq qurumları arasındakı mövcud ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə su resurslarının idarə olunması məsələləri müzakirə edilmişdir.
Kəmaləddin Heydərov Niderland Krallığının dövlət katibi Joop Atsma ilə də görüşmüşdür. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi qeyd olunmuş, Azərbaycan və Niderlandın müvafiq qurumları arasındakı hazırkı əlaqələrin genişlənməsi üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanmış, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Səfər proqramına uyğun olaraq, nazirliyin nümayəndə heyəti Niderland Krallığının Damen tərsanəsinin direktoru Rene Berkvens ilə görüşmüşdür. Bu görüşdə tərsanə haqqında nümayəndə heyətinə ətraflı məlumat verilmiş, Kür və Araz çaylarının məcrasının dərinləşdirilməsi üçün fikir mübadiləsi aparılmışdır.
Bununla yanaşı, krallığın "Van Oord" və "Royal Haskoning" şirkətlərinin rəhbərləri və mütəxəssislərin iştirakı ilə görüş keçirilmişdir. Görüşdə şirkətlərin fəaliyyəti haqqında geniş məlumat verilmişdir. Həmçinin Bakı buxtasının müayinəsi və təmizlənməsi istiqamətində fikir mübadiləsi aparılmış, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir.
Niderland Krallığının "Deltares" şirkətinin prezidenti Harry Baayen ilə görüşdə isə Niderlandda su idarəetməsi üzrə geniş təqdimat dinlənilmişdir. Həmçinin respublikamızın çaylarında baş verən sel-daşqın sularının idarə olunması, çaylarda müasir mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında