Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilmişdir

Ədliyyə Nazirliyinə aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik gənclərin qulluğa qəbulu davam etdirilir.
Ümumilikdə son illərdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən açıq müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş, sənədləri yoxlanılmış və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc barəsində təyinatlar aparılmışdır. Nazirlik tərəfindən keçirilən builki müsabiqədə 256 nəfər hüquqşünas iştirak etmişdir.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, müsabiqənin test imtahanı mərhələsi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə mayın 21-də şəffaflığın artırılması məqsədi ilə bütün namizədlər üçün vahid auditoriyada - Azərbaycan Texniki Universitetinin idman sarayında keçirilmiş və imtahanı 30-dan çox yerli və beynəlxalq müşahidəçi, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.
Qaydalara əsasən test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün 100 sualdan ibarət test tapşırığı verilmişdir.
Test imtahanında 124 namizəd müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci mərhələsinə - söhbətə vəsiqə qazanmışdır.
Namizədlər müxtəlif regionlardan olmaqla, əsasən gənclərdir. Uğur qazananlar arasında ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar, ədliyyə sahələrində yardımçı vəzifələrdə və digər təşkilatlarda çalışan hüquqşünaslar vardır.
Test imtahanını müşahidə edənlər tərəfindən tədbirin aşkarlıq şəraitində şəffaf keçirilməsi xüsusi vurğulanmışdır.
Müsabiqə Komissiyası tərəfindən ikinci mərhələnin - söhbətin vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladırıq ki, müsabiqədən uğurla keçən namizədlər peşə fəaliyyətinə buraxılması məqsədi ilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazanan namizədlər qəbul olunacaqlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında