Qafqaz Xalqları Ali Dini Şurasının sədri Qroznıda Çeçenistan Prezidenti ilə görüşmüşdür

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və Qafqaz Xalqları Ali Dini Şurasının sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Qroznıda Rusiya Federasiyasının Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov ilə görüşmüşdür.
Allahşükür Paşazadə göstərilən qonaqpərvərliyə görə Çeçenistan liderinə minnətdarlığını bildirmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Prezident Ramzan Kadırova çatdıran A.Paşazadə demişdir ki, bura gəlməzdən əvvəl dövlətimizin başçısı nümayəndə heyətini qəbul etmişdir.
Özbəkistana üçgünlük səfərinin məqsədi barədə də danışan şeyxülislam vurğulamışdır ki, onun başçılıq etdiyi nümayəndə heyətinə daxil olan din xadimlərinin əksəriyyəti vaxtilə bu ölkədə təhsil almışdır. Sədr Ramzan Kadırovun atası, Çeçenistanın sabiq prezidenti, mərhum Əhməd Kadırovun da vaxtilə Özbəkistanda təhsil aldığını xatırlatmışdır.
Çeçenistan Prezidenti Ramzan Kadırov da şeyxülislamdan Azərbaycan Prezidenti İlham Əliyevə salamlarını çatdırmağı xahiş etmişdir.
Qafqaz müsəlmanlarını təmsil edən liderlərin bir araya gəlməsini və ilk dəfə bu cür tədbirin keçirilməsini mühüm hadisə adlandıran Çeçenistan lideri bu işin təşkilinə görə Allahşükür Paşazadəyə təşəkkürünü bildirmişdir.
Görüşdə Azərbaycan-Rusiya və Azərbaycan-Çeçenistan əlaqələri də müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında