Berlində Avropa Xəbər Agentlikləri Alyansının növbədənkənar Baş Assambleyası keçirilmişdir

Mayın 20-də Almaniyanın Berlin şəhərində Avropa Xəbər Agentlikləri Alyansının (EANA) növbədənkənar Baş Assambleyası keçirilmişdir. 
Tədbirdə EANA-nın üzvü olan AzərTAc-ın baş direktoru Aslan Aslanov iştirak etmişdir.
Assambleyada əvvəlcə təşkilati məsələyə baxılmışdır. İspaniyanın EFE agentliyinin baş icraçı direktoru Lola Alverez, Böyük Britaniyanın Press Asoşieyted Agentliyinin baş direktoru Klayv Marşal gizli səsvermə yolu ilə EANA-nın yeni Büro üzvləri seçilmişlər.
Gündəliyə uyğun olaraq, səsvermədən sonra EANA-nın üzvü olan agentliklərin hesabatları barədə məruzə dinlənilmişdir.
Günün ikinci yarısında informasiya agentliklərinin fəaliyyətlərində multimedia və videoxəbər mövzusunda panel müzakirələri keçirilmişdir.

{nl}

Taleh QULİYEV AzərTAc-ın xüsusi müxbiri
Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında