Avropa İttifaqı ilə ədliyyə sahəsində mühüm layihələr həyata keçirilir

Azərbaycanda Avropa strukturları, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verilir, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində ədliyyə sisteminin inkişafına dair proqramlar icra olunur, mühüm layihələr həyata keçirilir.  
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan ilə Avropa Komissiyası arasında əməkdaşlıq qanunun aliliyi və insan hüquqlarının qorunmasına xidmət edən "Azərbaycanda ədliyyə islahatlarına dəstək" proqramı çərçivəsində də uğurla davam etdirilir. 2011-2013-cü illər üzrə Ədliyyə Akademiyasının və regional ədliyyə şöbələrinin potensialının gücləndirilməsi, penitensiar sistemin müasirləşdirilməsi istiqamətlərini əhatə edən bu layihədə vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılması, məhkumların islah olunması, onlara göstərilən tibbi xidmətin daha da yaxşılaşdırılması, probasiya təcrübəsinin öyrənilməsi, müxtəlif maarifləndirmə və tədris tədbirlərinin keçirilməsi ilə bağlı işlərin görülməsi nəzərdə tutulmuşdur.
Layihələrin icra vəziyyətini müzakirə etmək məqsədi ilə Avropa İttifaqının məsul nümayəndə heyəti mayın 20-də ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.
Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında səmərəli əməkdaşlıq münasibətləri vurğulanmış, beynəlxalq təşkilatlar tərəfindən ölkəmizdə aparılan demokratik islahatların təqdir edilməsi, birgə həyata keçirilən proqramların əhəmiyyəti və faydası qeyd edilmiş, nəzərdə tutulmuş layihələrin uğurla icra olunacağına əminlik ifadə olunmuşdur.
Ölkəmizə səfərindən məmnunluq ifadə edən qonaqlar Avropa İttifaqının Azərbaycanla əlaqələrin genişləndirmək niyyətində olduğunu bildirmiş, layihələrin daha da zənginləşdirilməsi üçün ölkəmizdə uğurla aparılan ədliyyə və məhkəmə islahatlarının son nailiyyətləri ilə maraqlanmışlar.
Görüşdə, həmçinin qarşılıqlı fəaliyyətin perspektivləri müzakirə olunmuş, Hərtərəfli İnstitusional Quruculuq birgə proqramı üzrə qarşıda duran işlərdən danışılmış, habelə layihələrin səmərəsinin artırılmasına dair konkret təkliflər irəli sürülmüş və digər məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında