"Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiqi prosesində hüquq mühafizə orqanlarının rolu" mövzusunda seminar

Mayın 20-də BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər Nazirliyinin, Azərbaycan Hüquqşünasları Konfederasiyasının (AHK) birgə təşkilatçılığı ilə "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiqi prosesində hüquq mühafizə orqanlarının rolu" mövzusunda seminar keçirilmişdir.
Seminarda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, AHK-in sədri Əli Hüseynli, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev çıxış edərək tədbirin əhəmiyyətindən danışmışlar.
Ə.Hüseynli demişdir ki, qanunun məqsədi məişət zorakılığına qarşı cəmiyyətdə dözümsüzlüyün formalaşdırılmasıdır. Gələcəkdə qanuna əlavə və dəyişikliklərin ediləcəyini, bəzi beynəlxalq terminlərin qanuna daxil ediləcəyini vurğulayan natiq belə seminarların Daxili İşlər Nazirliyinin müxtəlif idarələrində də təşkil olunacağını bildirmişdir.
Çıxış edənlər qanunun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən etdiyini və tənzimlədiyini vurğulamışlar.
Seminarda Konstitusiya Məhkəməsinin hakimi, AHK idarə heyətinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Ceyhun Qaracayev, "Məişət zorakılığına qarşı beynəlxalq standartlar və Azərbaycan Respublikasının hüquq sistemi" və "Məişət zorakılığının qarşısının alınması haqqında" Qanunun tətbiqi ilə bağlı yaranan problemlərə dair məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, yaranmış problemlərin aradan qaldırılması istiqamətində ciddi səylər göstərilir. Qeyd olunmuşdur ki, etimoloji cəhətdən zorakılıq şəxsiyyətin toxunulmazlığı, hüquq pozmaqla bir şəxsin digər şəxsə fiziki və ya psixi təsir göstəricisidir.
Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Taliyə İbrahimovanın məişət zorakılığı ilə mübarizə sahəsində Azərbaycan hökumətinin siyasətindən, yuxarıda adıçəkilən qanunun əsas müddəaları, məzmunu və strukturundan bəhs edən mühazirəsi maraqla qarşılanmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında