Avropa Parlamentinin sədri Yeji Buzek Azərbaycana səfərə gəlmişdir

Avropa Parlamentinin sədri Yeji Buzek mayın 20-də Azərbaycana səfərə gəlmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclis sədrinin müavini Valeh Ələsgərov və digər rəsmi şəxslər qarşılamışlar.
Avropa Parlamentinin sədri Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə bildirmişdir ki, Azərbaycan Avropa Parlamenti üçün əhəmiyyətli tərəfdaş ölkədir. Səfərin məqsədi insan hüquqları, qanunun aliliyi, birgə əməkdaşlıq və sair məsələlərlə bağlı Azərbaycan tərəfi ilə müzakirələr aparmaqdır.
Qonaq Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu da xüsusi qeyd etmişdir və bildirmişdir ki, Avropa Parlamenti Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.
Səfər çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunacaqdır.
Yeji Buzek Azərbaycan xalqını "Eurovision-2011" mahnı müsabiqəsində qələbə münasibətilə təbrik etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında