Azərbaycanda iqtidaryönlü partiyaların yeni siyasi birliyi yaranıb

Azərbaycanda iqtidaryönlü Azad Respublikaçılar Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası (DADP), Azərbaycan Mübarizlər Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Respublikaçılar Partiyası yeni siyasi birlik təsis edib.
Bu barədə APA-ya DADP sədri Məmməd Əlizadə məlumat verib. O, yeni siyasi birliyin adının böyük ehtimalla "Demokratik İslahat İttifaqı" olacağını bildirib: "Ümumiyyətlə isə bir neçə ad üzərində düşünürük. Fəaliyyət istiqamətimiz əsasən Azərbaycanda sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğuna öz töhfəmizi vermək, partiyalar nəzdində ictimai nəzarət institutlarını formalaşdıraraq ölkə Prezidentinin apardığı islahatlara kömək etmək, neqativ halları aşkarlayaraq cəmiyyətə, Prezidentə və müvafiq strukturlara çatdırmaqdan ibarətdir".
Qeyd edək ki, yeni siyasi birliyin təsisçiləri mayın 20-də mətbuat konfransı keçirəcəklər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında