BDT-nin Dəniz Təhlükəsizliyi Komitəsinin 89-cu sessiyasında Azərbaycan təmsilçilərinin "Eurovision-2011" mahnı müsabiqəsində qalib gəlmələri münasibətilə ölkəmizin ünvanına təbriklər səslənmişdir

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin Londonda keçirilən 89-cu sessiyasında "Eurovision-2011" mahnı müsabiqəsində Azərbaycanın birinci yeri qazanması münasibətilə ölkəmizin ünvanına təbriklər səslənmişdir. 
Dövlət Dəniz Administrasiyasının (DDA) mətbuat xidmətindən bildirmişlər ki, sessiyada çıxış edən BDT-nin baş katibi, admiral Eftimios Mitropoulos DDA-nın rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizin "Eurovision-2011" mahnı müsabiqəsində uğur qazanması münasibətilə təbrik etmiş, bu qələbə münasibətilə Azərbaycan xalqına təbriklərini çatdırmağı xahiş etmişdir.
Tədbirdə BDT-yə üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları da Azərbaycan xalqını böyük uğur münasibətilə təbrik etmiş, bu qələbənin ölkəmizdəki mövcud iqtisadi, sosial və mədəni şəraitin bəhrəsi olduğunu xüsusi vurğulamışlar. Gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunacağına əminliklərini bildirən natiqlər mahnı müsabiqəsini canlı izləmək üçün Vətənimizə səfər etməkdən məmnun olacaqlarını diqqətə çatdırmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında