"Eurovision-2012"-nin Bakıda keçirilməsi üçün yeni kompleks tikilə bilər

"Eurovision-2012"-nin Bakıda keçirilməsi üçün yeni kompleks tikilə bilər.
Bu sözləri gənclər və idman naziri Azad Rəhimov demişdir. O bildirmişdir ki, hazırda "Eurovision-2012"-nin Bakıda harada keçirilməsi ilə bağlı müxtəlif məkanlar müzakirə olunur. Ən çox müzakirə olunan və maraqlı layihə yeni kompleksin Bakının gözəl məkanlarından birində - bulvarda və ya Dövlət Bayrağı meydanında tikilməsidir. Əgər kompleks modul sistemə əsasən tikilsə, bir ilə hazır ola bilər. Müsabiqənin Heydər Əliyev adına idman-konsert kompleksində keçirilməsi də müzakirə olunur. Burada yenidənqurma işləri aparılmışdır və 7800 nəfər tamaşaçı yeri vardır. Parterdə oturacaqlar yerləşdirməklə daha min yer artırmaq mümkündür. Digər variant Tofiq Bəhramov adına stadiondur. Stadiona dam örtüyü çəkdikdən və yenidənqurma işləri apardıqdan sonra müsabiqəni burada da keçirmək olar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında